“Bakı Marafonu-2022”də iştirak edən metropolitençilər mükafatlandırılıb

754

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” baş tutub. Minlərlə idmansevər Bakı Bulvarına toplaşaraq “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışa qatılıblar.

Ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nda metropolitençilər 10 nəfərlə iştirak ediblər. Onlardan 6-sı ilk minliyə düşməyi bacarıb və təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

İyunun 7-də metropolitenin marafon iştirakçıları ilə Metro İşçiləri Həmkarlar İttifaqında (MİHİ) görüş keçirilib.

MİHİ-nin sədri Arif Mərdanov iştirakçıları təbrik edib və “Bakı Marafonu-2022”nin əhəmiyyətindən söz açıb. Bildirib ki, belə idman tədbirləri insanlarda idmanla məşğul olmağa maraq oyadır və fiziki cəhətdən sağlamlığa xidmət edir. A.Mərdanov yarışın təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib. Sonda marafonda iştirak etmiş metropolitençilərə pul mükafatı, medal və sertifikatlar təqdim olunub.