Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib

679

Təbrikdə deyilir:

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin bütün uşaqlarını ürəkdən təbrik edirəm! Şirin-şəkər balalarımıza möhkəm cansağlığı, sevgi dolu günlər və xoşbəxt gələcək arzulayıram!.

Ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Onların sağlam ruhda, hərtərəfli, Vətənimizə layiqli övladlar kimi yetişmələri üçün bütün şərait yaradılıb. Dövlətimizin başçısı cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin əsas vəzifələrindən biri kimi müəyyənləşdirib.

Hər zaman Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Əziz balalar, bir daha Sizi bu əlamətdar gün münasibətilə təbrik edir, daim sülh və əmin-amanlıq şəraitində yaşamağınızı arzulayıram.

Bayramınız mübarək olsun!”