Aprelin 24-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaq Respublika Komitəsinin (MİHİ RK) Salyan rayon komitəsi və rayonun mədəniyyət ictimaiyyətinin numayəndələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Sultan İbrahimovun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin həyatından, keçdiyi şərəfli döyüş yolunda, göstərdiyi igidlikdən söz açılıb. Bildirilib ki, məhz Sultan kimi vətənpərvər övladlarımız 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı məğrurcasına azad etdi. Qeyd olunub ki, qədirbilən xalqımız Zəfərimizin banisi olan qəhrəmanlarımızı heç vaxt unutmayacaq, əziz xatirələrini daim qəlblərində saxlayacaq.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür edib.