EPSU – İcraiyyǝ Komitəsinin iclası keçirilib

491

4-5 aprel Belçikanın Brüssel şəhərində Avropa İctimai Xidmətlər Birliyi Həmkarlar İttifaqları Federasiyasının (EPSU) İcraiyyǝ Komitəsinin 68-ci iclası keçirilib.

İclasda EPSU-nun pandemiya dövründə gördüyü işlər haqqında təqdimatı olmuş və komitəyə üzv olan təşkilatlarla birgə çətin dövr ərzində dünyada baş verən ümumi vəziyyətlə ələqədar müzakirələr aparılmışdır.

Azərbaycandan nümayəndə qismində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Cəmilə  Səttarova və Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələrinin sədri Məhəmmədəli Salmanov da bu tədbirdə iştirak ediblər.