Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə bilik yarışması təşkil olunacaq

936

Hər il xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK), həmçinin üzv və tabe təşkilatlarda silsilə tədbirlər təşkil edilir.

Bu tədbirlərdən biri mayın 10-da keçiriləcək Kənd Təsərrüfatı Nazirliyi (KTN) və KTN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Zəka” intellektual bilik yarışması olacaq. Məqsəd Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan əməkdaşların intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onların bilik və elmi nüfuzunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir.

KTN sistemində çalışanlar, o cümlədən “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyinin əməkdaşları yarışmada iştirak edə bilərlər.

Yarışmaya hər birində 6 əsas (onlardan biri kapitan olmaqla) oyunçu olan komandalar qatılacaqlar.

Mayın 10-u saat 10:00-da başlayacaq yarışmada iştirak etmək istəyən komandalar mayın 1-dək qeydiyyatdan keçməlidirlər. Qaliblərə kubok və qiymətli hədiyyələr təqdim olunacaq.

Əlaqələndirici şəxs: Nigar Nəzərova (tel:+994559278882, İP:1089, otaq:Hökumət evi, 775)

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi