Təqaüdə çıxanlara diqqət və qayğı

774

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstutunda Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirilmişdir. Öncə İnstitutun direktoru Elmar Allahverdiyev görülmüş işlərlə bağlı geniş məlumat verdi.

O, İnstitutda uzun illər çalışmış İmaməliyeva Mafizə xanımın təqaüdə yola salınması ilə bağlı xahişini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov Həmkarlar İttifaqı üzvlərinə hər zaman diqqət və qayğı göstərilməsini dilə gətirdi.

Daha sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanı yola salınan əməkdaşa təqdim olundu. Komitə sədri qeyd etdi ki, təşkilat daim öz üzvlərinə diqqət və qayğısını göstərir bundan sonrada təqaüdə yola salınan əməkdaşlara fəxri fərman və hədiyyələr təqdim olunacaq.