AHİK-də yaxın günlərdə Qurultayın keçirilməsi ilə bağlı məlumatlar əsassızdır

890

Bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qurultayın keçirilməsi ilə bağlı məlumatlar dərc olunub. Həmin məlumatlar tamamilə əsasız və həqiqətdən uzaqdır.

Bildiririk ki, AHİK-də seçkilərin keçirilməsi nizamnaməyə uyğun olaraq, 2025-ci ilin fevral ayında nəzərdə tutulub.

Bu tipli öz təsdiqini tapmayan informasiyaları hazırlayan KİV nümayəndələrinə tövsiyə edirik ki, dəqiq olsunlar, faktlara əsaslansınlar, jurnalistikanın tərəfsizlik, peşəkarlıq prinsiplərinə əməl etsinlər. Ucuz reklam xatirinə ictimaiyyətdə çaşqınlıq yaradacaq yalan informasiyalardan uzaq dursunlar.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi