Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar bu ilin aprel ayında mini futbol turniri keçiriləcək.
Martın 3-də turnirə hazırlıq məqsədilə Respublika Komitəsində iclas keçirilib.
İclasda Respublika Komitəsinin sədri Hikmət Osmanov, “Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları” İctimai Birliyinin sədri Nadir Əliyev, turnirdə iştirak edəcək komandaların nümayəndələri və digər məsul şəxslər iştirak ediblər.
Yığıncaqda turnirin keçirilmə şərtləri, qaydalar və digər məsələlərlə bağlı izahatlar verilib.
Daha sonra turnirdə iştirak edəcək 21 komanda arasında püşkatma mərasimi keçirilib, 4 qrup müəyyənləşib.