Respublika Komitəsi bayram münasibəti ilə təbrik etdi

545

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin əməkdaşları və üzv təşkilatlarının sədrləri 44 günlük Vətən Müharibəsində şəhid olmuş rabitəçilərin Rəhimov Rəşad İlqar oğlunun, Orucov Nail Rəfail oğlunun, Ulubəyov Nurəhməd Hacıbəy oğlunun, Qarayev Elnur Qalib oğlunun, Qasımov Şəhriyar Vəzir oğlunun analarına və həyat yoldaşlarına 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim etmiş, onları təbrik etmişlər.
Qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar olaraq rabitəçi şəhid ailələrinə hər biri 300 azn olmaqla Bravo marketlər şəbəkəsində alış-veriş üçün hədiyyə kartları təqdim olunmuşdur.
Allah şəhidlərimizə rəhmət etsin!