Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan qadınlarını təbrik edib

2665

Təbrikdə deyilir:

“8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin qadınlarını, o cümlədən həmkarlar ittifaqlarının sıralarında təmsil olunan bütün xanımları səmimi qəlbdən təbrik edir, Azərbaycan həmkarlar ittifaqları adından və şəxsən öz adımdan ən xoş arzularımı bildirirəm.

Böyük qürur hissi ilə qeyd edirəm ki, həmişə ən uca zirvələrdə dayanan Azərbaycan qadınları xoş və nəcib əməlləri, xeyirxahlığı, mətin iradəsi, şəfqəti və təşəbbüskarlığı ilə daim seçilir və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində də qadınlarımızın rolu misilsizdir. Onlar əməksevərliyi, işgüzarlığı, fədakarlığı ilə həmkarlar ittifaqlarının inkişafına mühüm töhfələr verirlər.

Azərbaycan qadını, Azərbaycan anası həmişə vətən üçün layiqli və mərd övladlar tərbiyə ediblər. Həmin oğullar qəhrəmanlıq və şücaət göstərərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək misilsiz qələbə çalıblar.

Şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha ürəkdən təbrik edir və xoş günlər arzulayıram.

Əziz qadınlar, bayramınız mübarək!”

 

Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsi