“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb

824

Fevralın 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ötən il dekabrın 24-də ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edib, onlara təhsil sahəsində daha böyük nailiyyətlər arzulayıb.

Sonra qaliblərə – Bakı Mühəndislik Universiteti (I yer), Azərbaycan Dövlət İqtisad Universiteti (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.