Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis turniri keçirilib

1101

 

Fevralın 1 və 2-si tarixində Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə aqrar sahədə çalışan əməkdaşlar arasında Gənclər Gününə həsr olunan stolüstü tennis turniri keçirilib.

Turnirdə birincilik uğrunda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və Nazirliyin tabeli qurumlarının 46 əməkdaşı 8 yarımqrupa bölünərək yarışıblar. Bu gün baş tutan final mərhələsində 16 nəfər mübarizə aparıb.

Stolüstü Tennis Federasiyasının böyük zalında keçirilən oyunlar beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib olub. Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşı Eston Zeynalov 2-ci yerə, Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Dəmirov 3-cü yerə layiq görülüb.

Çempionatda ilk üç yeri tutan və ən yaxşı qadın iştirakçısı nominasiyası üzrə qalib gələnlərə fəxri fərman, pul mükafatı və hədiyyələr təqdim edilib. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən də qaliblərə xüsusi mükafatlar təqdim olunub.