AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev NMR-in 98 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib

536

 

Fevralın 9-da Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad edərək, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikasının tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda şərəfli tarixi inkişaf yolundan bəhs edib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev də çıxış edib. O,  Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, ulu öndər    Heydər Əliyevin buranı inkişaf etdirməsindən, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir Naxçıvan şəhərinin bütün sferalarda inkişafından danışıb.