Yanvarın 26-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin (RK) xidmətində olan regional ərazi metodiki mərkəzlərin məsul əməkdaşlarının iştirakı ilə onlayn formatda iclas keçirilib.
Tədbirdə çıxış edən MİHİ RK-nın sədri Cəmilə Səttarova regional ərazi metodiki mərkəzlərinin işinin təşkili, fəallığın artırılması ilə bağlı bəzi tövsiyə və tapşırıqlarını verib.
Sonra regional ərazi metodiki mərkəzlərin əməkdaşları görülən işlər barədə məlumat veriblər.