MİHİ RK “20 Yanvar” şəhidlərinin ailə üzvlərilə görüş keçirmişdir

753

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.Səttarova “20 Yanvar” faciəsinin 32-ci il dönümü ərəfəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmət əhatəsində olan müəssisə və təşkilatlarda işləyən işçilər arasında qanlı yanvar hadisələrində qurban olanların ailə üzvlərilə görüş keçirmişdir. Görüşün açılışı bir dəqiqəlik sükutla yad edilmişdir.

MİHİ Respublika Komitəsinin sədri C.Səttarova çıxışında bir daha bu hadisələri yada salmış və qurban olan şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağını qeyd etmişdir. Sonda, dəvət olunan şəhidlərin ailə üzvlərinə maddi yardımlar təqdim olunmuşdur.