Qazaxıstandan gələn nümayəndə heyəti bir sıra görüşlər keçirib

975

Ölkəmizdə səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) sədri Satıbaldı Dauletalinin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasında görüş keçirilib.

Qonaqları salamlayan Akademiyanın rektoru Hüseyn Qaraşov təhsil ocağının yaranma tarixi, fəaliyyət istiamətləri, ölkənin elm-təhsil sistemindəki rolu, kadr hazırlığı və maarifləndirmə sahəsində əldə edilmiş nailiyyətləri barədə ətraflı məlumat verib.

Sonra qonaqlar Akademiyanın müəllim heyəti üçün nəzərdə tutulmuş otaqları, tələbələr üçün tədris zalları, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, akt zalı, kitabxana və oxu zalı ilə tanış olublar.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinə gələn qonaqları Komitənin sədri Cahangir Əliyev qəbul edib. O, Komitənin fəaliyyəti haqqında məlumat verib, əsasən Vətən müharibəsi və pandemiya dövründə görülən humanitar işlərdən danışıb.

Nümayəndə heyəti hər iki görüşdən və qonaqpərvərlikdən məmnunluğunu ifadə edib.