Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Plenumu kecirilib

2955

10 dekabr 2021-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Plenumu kecirilmisdir. Onlayn qaydada keçirilən Plenumda Respublika Komitəsinin 51 nəfər üzvü və Plenum üzvü olmayan həmkarlar ittifaqı təşkilatı sədrləri və fəalları ilə birgə toplam 68 nəfər iştirak etmişdir.
Plenuma Respublika Komitəsinin sədri H.S.Osmanov sədrlik etmişdir.
DİİXİ Hİ Respublika Komitəsinin sədri cənab H.S.Osmanov Respublika Komitəsinin 2021-ci il ərzində fəaliyyəti barədə geniş məruzə etmiş və qeyd etmişdir ki, ötən dövr ərzində ağır pandemiya dönəmində Respublika Komitəsi və üzv təşkilatlar xeyli işlər görmüş, üzvlərimizə pandemiya şəraitində yardımlar edilmiş, ərzaq bağlamaları çatdırılmışdır. Bundan əlavə vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən diqqət və qayğının, edilən yardımların davamlı olacağını bildirmişdir. Sədr qeyd etmişdir ki, AHİK-in qərarlarına uyğun olaraq Respublika Komitəsi tərəfindən 96, üzv təşkilatlarımız tərəfindən 17 şəhid övladı himayəyə götürülmüş və hər ay onlara yardım göstərilərək bu şəhid ailəsi üzvlərindən bir qismi həmkarlar ittifaqı sıralarında işlə təmin olunmuşdur. H.Osmanov qeyd etmişdir ki, şəhid ailələrinə diqqət həmkarlar ittifaqı təşkilatlarının başlıca vəzifəsidir.
Məruzə ətrafında müzakirələrdə Səki şəhər HİK-nin sədri Q.Babayev, Dövlət Statistika Komitəsi BHİK-nin sədri E.Quliyev, Zaqatala rayon HİK-nin sədri N.Eminli , Auditorlar Palatası HİK-nin sədri S.Gülməmmədov, Gəncə şəhər HİK-nin sədri Ü.Vəliyeva və Baş Prokurorluq BHİK-nin sədri R.Hacıyev cıxış edərək Respublika Komitə sədrinin məruzəsində söylənilən məsələ və qəbul olunan qərarlarla razı olduqlarını bildirmişlər. Plenumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin 17b,1 saylı 13 oktyabr tarixli “AHİK-in üzv təşkiıatlarında hesabat-seçki yığıncaqları barədə” qərarı Plenum iştirakçılarının nəzərinə çatdırılmış, qərar müzakirə olunaraq COVİD-19 infeksiyasının yaratdığı mövcud şəraiti və bununla bağlı tələb olunan qaydaları nəzərə alaraq DİİXİ Hİ Respublika Komitəsinin xidməti sahəsinə daxil olan şəhər, rayon, birləşmiş və Respublika Komitəsinə birbaşa çıxan ilk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının 2024-cü ilədək təxirə salınması barədə qərar qəbul edilmişdir.
Plenumda həmçinin Respublika Komitəsinə yeni üzvlər seçilmişdir.
Plenumdan dərhal sonra Rəyasət Heyəti iclası keçirilmiş, gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.