AHİK sədri, Mİlli Məclisin deputatı Səttar Möhbalıyev: “Ulu Öndərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik”

686

“Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatından 18 il ötür. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub.

Ulu Öndərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edir, Uca Yaradandan rəhmət diləyirik”.