AzTV-nin əməkdaşları mükafatlandırılıb

1393

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı təltif olunub.

Noyabrın 11-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri Fərmanlar və pul mükafatı onlara təqdim olunub.

Qeyd edək ki, əməkdaşlar Azərbaycan Televisiyasının 65, Radiosunun 95 illiyi münasibətilə və kollektivin ictimai həyatında fəal iştirakına görə mükafatlandırılıblar.