AHİK-in İcraiyyə Komitəsinin iclası keçiriləcək

785

Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçiriləcək.
Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 8 Noyabr – Zəfər Günü ilə bağlı çıxış edəcək, bu münasibətlə Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə təbriklərini çatdıracaq, Zəfər Gününün Azərbaycan tarixində əhəmiyyətindən və rolundan danışacaq.
İclasda bir sıra cari və təşkilatı məsələlərin müzakirəsi də nəzərdə tutulub.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi