Respublika Komitəsi regional tədbir keçirib

630

Oktyabrın 22-də Gəncə şəhərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkar İttifaqı Respublika Komitəsinin nümayəndələrinin iştirakı ilə Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl, Naftalan, Goranboy və Kəlbəcər rayonlarının telekommunikasiya qovşaqları və poçt filiallarının həmkarlar ittifaqları komitələrinin sədrləri ilə görüş keçirilib.

Görüşdə təşkilati məsələlər, görülən işlər barədə ətraflı məlumat verilib, maliyyə fəaliyyəti, sosial dioloq ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.