Gəncədə Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılıb

579

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri tərəfindən Ermənistanın Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi ehtiramla yad edilib, dağılmış yaşayış binalarının ətrafına gül düzülüb.

Qeyd edək ki, Vətən müharibəsi zamanı düşmənin Gəncə şəhərinə ardıcıl raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.