AZƏRBAYCANDA COVID-19 PANDEMİYASI MÜDDƏTİNDƏ  ZƏRƏRÇƏKMİŞ SAHƏLƏR  ÜZRƏ DURUM TƏHLİL VƏ HƏMKARLAR  İTTİFAQLARININ  MÖVQEYİ

2375

Buraxılışa məsul :    İlyas  Əliyev

 

Tərtibata məsul:      Aqil  Dadaşov

Həsən Cəfərov

 

Ekspertlər:            Yaşar  Həmzəyev

Namiq  Hüseynov

Röya  Qarayeva

 

 

COVID-19 pandemiyası ölkələrin iqtisadiyyatına, insanların sağlamlığına ciddi bir təhlükə kimi ortaya çıxdı. Hazırdakoronavirusun insanların həyatına və təsərrüfat fəaliy­yətinə təsiri getdikcə artır və bu, narahatlıq mənbəyinə çevrilməkdədir.

Bugün bütün dünyada beynəlxalq təşkilatlar, iri şirkətlər işçiləri qorumaq üçün kompleks tədbirlər həyata keçirir.

Həmkarlar ittifaqları da bu dövrdə işəgötürənləri, müəssisə və təşkilat rəhbərlərini iş yerlərində zəruri sanitariya normalarına uyğun şərait yaratmağa, iş yerlərinin kütləvi ixtisarına, müvafiq ödənişlərin ləğvinəyol verməməyə çağırır.

Əvvəlki çoxsaylı böhranların təcrübəsi göstərir ki, həyata keçiriləcək tədbirlər genişmiqyaslı olmalıdır və bu müddətdə əsas rolu sosial dialoq oynamalıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış  bu kitab əsasən həmkarlar ittifaqları rəhbərləri və fəalları üçün nəzərdə tutulmuşdur. Məqsəd həm onları məlumatlandırmaq, həm də dünya təcrü­bə­sin­dən bəhrələnərək, pandemiyanın fəsadlarının aradan qaldırılması, bu dövrdə fəaliy­yət­lərinin tənzimlənməsi və sonrakı dövrə hazırlıqlarını təmin etməkdə yardımçı olmaq­dır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in texniki dəstəyini xüsusivurğulayaraq, kitabın ərsəyə gəlməsində və analizin hazırlanmasında ideya rəhbəri kimi yaxından iştirakı və əməyi olan BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə rəhbəri Sergius Qlovaskasa, eyni zamanda Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi Qoça Aleksandriyaya təşəkkürvə minnətdarlığını bildirir.

 

The COVID-19 pandemic has emerged as a serious threat to the country’s economy and public health. Currently, the impact of the coronavirus on public lives and economic activities is growing and becoming a source of concern.

At present, international organizations, firms and organizations around the world are taking complex measures to protect people and workers.

Trade unions also call on all employers, enterprises and organizations to perform their duties during this period, to comply with the required sanitary norms for their employees, to prevent mass layoffs and the abolition of appropriate payments.

Experience of many previous crises demonstrates that the interventions to be pursued should be of large-scale, and social dialogue should play a key role in this period.

This book, authored by specialists and experts of the Azerbaijan Trade Unions Confederation, is mainly a tool for trade union leaders and activists that aims is to enlighten them and to assist so as to order to eliminate the consequences of the pandemic, to regulate their activities during this period and to identify their preparations for the next period by the virtue of applying global practices.

 

COVID-19 PANDEMİYASI İLƏ ƏLAQƏDAR QLOBAL İQTİSADİ BÖHRAN TƏHLÜKƏSİ, ÖLKƏ İQTİSADİYYATINDA YARANMIŞ VƏZİYYƏT VƏ ATILAN ADDIMLAR

 

Qlobal COVID-19 böhranı dünyanın bütün ölkələrinə ciddi təsir etdi. Bu ilk növ­bədə insanların hərəkət azadlığında, əmək bazarındakı vəziyyətdə, müəs­sisə­lə­rin fəaliyyətində, hökumətlərin hazırsızlıqlarında özünü sərt göstərdi. Onilliklər bo­yu aparılan islahatlar bir çox ölkələrdə ictimai səhiyyə və sosial müdafiə sis­tem­lərinin zəifliyini üzə çıxardı.

Hazırda Avropanın əksər hissəsi iflic vəziyyətindədir. Milli hökumətlər  sərt təd­birlər görür, sərhədləri, məktəbləri və fabrikləri bağlayır, mədəni və idman tədbir­lərini ləğv edir. Bu tədbirlər, tamamilə zəruri olmasına  baxmayaraq, qısa müd­dətdə qaçılmaz olaraq işçilərin əməkhaqlarına və uzunmüddətli  perspektivdə iqti­sadiy­yata və bütövlükdə cəmiyyətə öz təsirini göstərəcəkdir.

COVID-19 pandemiyasının iş dünyasına təsirinin ilkin təhlili də göstərir ki, bu, çox uzağa gedəcək bir prosesdir. Milyonlarla insan tamamilə və ya qismən işsiz və yoxsullar sırasına qoşulacaqdır. Beynəlxalq Əmək Təşkilatının proqnozlarına görə, COVID-19 pandemiyası dünyada 25 milyona yaxın iş yerinin itirilməsinə səbəb ola bilər.

Dünya üzrə işsizlərin sayı 188 milyon əhatəsində olacaqdır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranı zamanı 22 milyon insan işsiz qalmışdı. Qismən işsizliyin də əhəmiyyətli dərəcədə artacağı proq­noz­laş­dırılır. Pandemiya iqtisadiyyata mənfi təsir göstərməklə bərabər, iş vaxtının və əməkhaqqının azaldılmasında da rol oynayacaqdır.

İşləyən əhali arasında yoxsulluğun əhəmiyyətli dərəcədə artması da göz­lənilən­dir. Qlobal olaraq, BƏT işləyən yoxsullara qoşulacaq insanların sayının 8,8 mil­yondan 35 milyona qədər artacağını təxmin edir.

BƏT-in Baş direktоru Qay Rayder: «Biz artıq qlobal bir sağlamlıq böhranı ilə məşğul deyilik: iqtisadiyyatda və əmək bazarında insanların böyük bir böhranı haqqında danışırıq» dedi. 2008-ci ildə dünya qlobal maliyyə böhranının nəticələ­rini aradan qaldırmaq üçün vahid bir cəbhədə birləşdi və bu da ən  pis vəziyyətdən qaç­mağa kömək etdi. Eyni liderlik keyfiyyətləri və eyni qətiyyət bu gün tələb olunur.

 

2020-ci ilin elə birinci rübündə ölkə iqtisadiyyatı pandemiya bəlası ilə üzləşdi. İlin ilk aylarında heç bir ciddi problemlər baş vermədi. Yanvar-fevral ay­larında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənaye sahəsi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdir. Vergi və gömrük or­qanları ilk 3 ayda dövlət büdcəsinə müvafiq surətdə 221 milyon və 91 milyon manat olmaqla, ümumilikdə 300 milyon manatdan çox vəsait daxil ediblər.  Ümidlər ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəyə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq.

Lakin COVID-19 koronavirusla bağlı pandemiya elan olunandan bəri milli iqtisadiyyata həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq, içdən ciddi şəkildə zərər vurdu. Dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi yarandı. Birincisi, əhalinin sağlamlığı qayğısına qalmaq, ikincisi isə. iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək misilsiz tənəzzüldən sığortalamaq. Hər iki vəzifənin icrası çevik reaksiya və operativ fəaliyyətlə sinxron həyata keçirilir.

Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm ba­zar­larında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sa­bitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 19 mart 2020-ci il tarixdə Sərəncam imzalandı. Sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı və İşçi Qrupu yaradıldı. Bu qrup pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı tədbirlər hazırlayır və onlar hökumət tərəfindən həyata keçirilir. Bunlar hansılardır?

Birincisi, özəl sektorda çalışan 640 min işçidən 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvt-saat artırılır, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək həyata keçi­rilə­cək və sair…

Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu deyilir. Hansı ki, bunun 915 mini dövlət və neft, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Dövlət büdcəsindən maaş alanlar sığorta­lı­dırlar. Ölkədə hüquqları ən çox tapdalanılan işçilər məhz özəl sektordadır. Böhran həmişə ilk olaraq onları vurur. Koronavirusun da iqtisadi qurbanları əsasən özəl sektorda çalışanlardır. Üstəlik, burada pandemiya ilə əlaqədar sosial izol­yasiya tələbləri ilə bağlı gərgin vəziyyət yaranıb.

Ancaq dövlət qoyduğu məhdudiyyətlər ilə əlaqədar tələblərin mənfi təsir və təzyiqlərindən qaçmır. Belə ki, 304 min muzdlu işçi 44 min sahibkarlıq subyektini əhatə edir ki, onların maaşları dövlət tərəfindən ödəniləcək. Bu həm vətəndaşlara, həm də birbaşa olaraq özəl sektora dəstəkdir. Üstəgəl, 290 mindən çox mikro və fərdi sahibkar… Bu, 600 minə yaxın fiziki şəxs deməkdir. Çünki söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Pandemiyadan zərərçəkmiş sahələr 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir ki, bu zaman ən çox zərər dəyən, əhəmiyyətli dərəcədə minimal təsirə məruz qalan və heç qalmayan sahələr təsnif edilib. Dövlət dəstəyinin ümumən 2,5 milyard manat təşkil edəcəyi deyilir ki, bu da ÜDM-in 3 faizidir.

Keçən il sosial sahədə startı verilən genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu ki, nəticədə 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi. Bunun 2,5 milyard manatını artıq koronavirus “mənimsədi”. Belə bir vəziyyətdə vətən­daş­larımız kimi, iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalıdır.

Ekspertlər bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu il dünyada dövlət borcu ötən illə müqayisədə 19 faiz artaraq ÜDM-in 101 faizini keçəcək. Müqayisə etsək, bu göstərici Azərbaycanda orta dünya səviyyəsindən beş dəfə aşağıdır. BVF aşağıdakı alətlərdən istifadə edərək böhranla üzləşən ölkələrə işlərini sahmana salmaq üçün möhlət verir: yoxsulluğun azal­dılması və böyümə güvəni (PRGT), stand-by razılaşmalar (SBA), stand-by kredit mexanizmi (SCF), genişləndirilmiş fond mexanizmi (EFF), genişləndirilmiş kredit mexanizmi (ECF), çevik kredit xətti (FCL), ehtiyat və likvidlik xətti (PLL), sürətli maliyyələşdirmə aləti (RFI) və sürətli kredit mexanizmi (RCF). Böyük 20-lik ölkələri, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşki­latlar, habelə inkişaf etmiş ölkələr çətin iqtisadi duruma düşən dövlətlərə yardımlar edirlər. Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə daha çox daxili resurslarına əsaslanır və xarici borclanmaya üstünlük vermir. “Moodys” beynəl­xalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnoz­larında neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk 6 ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatlarının azalması 100 milyon dollara çatmayıb.

Həmçinin manatın sabitliyi və inflyasiyanın 3 faizlik həddə olması göstəriciləri makro-iqtisadi sabitlik və iqtisadiyyatın proqnozlaşdırılması baxımından müsbət olduğu qədər, həm də pandemiyanın həssas təbəqələrin sosial vəziyyətinə təsirini azaldır.

Pandemiya şəraitində dövlət büdcəsi hesabına sosial layihələr daha da geniş­ləndirilib və ilk 6 ayda sosial xərclər 5 milyard manata yaxınlaşmaqla, ilk dəfə yarımillik büdcənin 42,5 faizini təşkil edib. Məsələn, bu il rekord sayda – 7 min köçkün və 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək, özünüməşğulluq rekord həddə – 12 min ailəni əhatə edəcək, ödənişli ictimai işlər ilk dəfə olaraq 90 minə çatdırılacaq, ünvanlı sosial yardım alanların sayı 85 min ailəyə və ya 300 mindən çox insana çatacaq.

Hər zaman olduğu kimi, pandemiya dövründə də, vətəndaşların sosial rifa­hı hökumət tərəfindən əsas diqqət yetirilən məsələ olub. Məhz bu dönəmdə əha­linin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 4,8 milyon insanı əhatə edən və cari il üçün müvafiq istiqamətdə həyata keçirilən tədbirlərə ayrılan vəsaitə əlavə olaraq 600 milyon manatlıq paket təqdim olunub. Vətəndaşların sosial rifahının yaxşılaşdırlması məqsədilə həyata keçirilən tədbirləri 4 əsas istiqamət üzrə qrup­laşdırmaq olar: əmək müqaviləsi ilə işləyən şəxslərin iş yerlərinin qorunması; işsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması; özünü­məşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi; sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi.

Dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası sə­bəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların Azər­bay­can iqtisadiyyatına təsirləri qaçılmazdır. Pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalmış, iqtisadi tarazlıq pozulmuş, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırıl­malara səbəb olmuşdur. Son illər ölkədə aparılan ardıcıl iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləri nəti­cəsində milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmamışdır.

Azərbaycanda COVID-19 pandemiyasına ilk yoluxma faktı aşkarlandıqdan sonra hökumət tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirilməklə yanaşı, pandemiyanın iqtisadi təsirlərini azaltmaq məqsədilə, Azərbaycan Res­publikası Nazirlər Kabinetı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məş­ğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2. bəndinin icrası ilə bağlı təd­birlər planı”nı təsdiq etmişdir.

Tədbirlərin adlarıNəzərdə tutulmuş vəsaitin məbləği, milyon manat
1Pandemiyadan zərərçəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə)215.0
2Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə)80.0
3Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı115.0
4Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı500.0
5Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması1000.0

 

Cədvəl 1. Tədbirlər üzrə ayrılan maliyyə vəsaiti

Pandemiyanın ölkə iqtisadiyyatına əsas təsirləri də məhz 2020-ci ilin mart ayından özünü göstərməyə başlamışdır. Ötən dövr ərzində mərkəzi icra haki­miy­yəti orqanları tərəfindən əhalinin sosial vəziyyətinin dəstəklənməsi, iqtisadi artıma və sahibkarlığa dəstək alətləri müəyyən edilmiş və müvafiq tədbirlər görülmüşdür.

Cari ilin ilk yarısında OPEK+ razılaşması çərçivəsində neft hasilatının azalması, pandemiya səbəbindən karantin rejiminin tətbiqi şəraitində daxili tələbin sıxılması iqtisadiyyatda tənəzzülü (resessiyanı) daha da sürətləndirmişdir. 2020-ci ilin birinci yarımilində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tə­rəfin­dən 33,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

    

Diaqram 1. ÜDM-in real artım tempi

 

Diaqram 1-dən də göründüyü kimi, cari ilin mart ayından başlayaraq ÜDM-in həcminin artım tempində azalma müşahidə olunmuşdur.

Diaqram 2. 2020-ci ilin birinci yarımilində ÜDM-in strukturu

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3393,7 manata bərabər olmuşdur.

ÜDM-in strukturundan da göründüyü kimi, ümumi daxili məhsulun forma­laş­ma­sında əsas pay sənayeyə məxsusdur.

 

Diaqram 3. ÜDM-in aylar üzrə müvafiq bölgüsü

 

  1. Neft hasilatının ötən ilin altı ayındakı 18,7 milyon tondan cari ilin altı ayında 17,8 milyon tona düşməsi şəraitində neft-qaz sektorunda əlavə dəyərin azalması baş verməkdədir (qaz istehsalının 14,9% artmasına baxmayaraq). Belə ki, neft sektoru ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% kiçilmişdir.

Diaqram 4. Neft-qaz ÜDM-i

ÜDM-in 68,2%-ni təşkil edən qeyri-neft sektorunda cari ilin 6 ayında resessiya daha da dərinləşmişdir. Bu ilin birinci yarımilində ötən ilin eyni dövrü ilə mü­qayisədə qeyri-neft sektorunun artım tempi 2,5% azalmışdır.

Diaqram 5. Qeyri – neft-qaz ÜDM-i

 

Qeyri-neft sektorunda kiçilmə əsasən aşağıdakı sahələrdə baş vermişdir: turizm və ictimai iaşədə (-47,9%), tikintidə (-14,5%), mədənçıxarma sənayesində
(-2,8%), ticarət sektorunda (-1,9%).

Daxili tələbin komponentləri arasında resessiyanı doğuran əsas amillərdən biri istehlakın və investisiyaların azalması olmuşdur. Belə ki, istehlak bazarının (is­tehlakın) real həcmi ötən ilin yanvar-iyun aylarında 2,6% artdığı halda, cari ilin ötən dövründə 6,4% azalmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalmışdır.

Pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlər isə 19,2% azalmışdır.

Əhalinin istehlak fəallığının aşağı düşməsi və karantin rejiminin tətbiqi şə­raitində ictimai iaşənin real dövriyyəsi 45,6% aşağı düşmüşdür.

Qeyri-neft sektorunda ən yüksək artım tempi (12,1%) emal sənayesində ol­muş­dur. Nəqliyyat və informasiya, rabitə sahələrində artım müvafiq olaraq 6,2% və 4,4% təşkil etmişdir.

 

Sənaye. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin birinci yarımilində 18,4 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sə­nayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artmışdır.

  

Diaqram 6. 2020-ci ilin birinci yarımilində sənayedə ümumi buraxılışın bölgüsü

 

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalmışdır.

 

 

 

Qrafik 1. Sənaye məhsulunun aylar üzrə həcmi, milyon manat

 

 

 

 

 

 

 

Emal sənayesnin sahələri2020-ci ilin yanvar-iyun ayında istehsal edilmişdir, milyon manat2019-cu ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizləEmal sənayesində xüsusi çəkisi
Cəmi emal sənayesi  (mln manat)5911.4108.2100%
Qida məhsullarının istehsalı1931.198.932.7%
Neft məhsullarının istehsalı1556100.826.3%
Kimya sənayesi423.7120.57.2%
Tikinti materiallarının istehsalı327.689.65.5%
İçki istehsalı213.196.23.6%
Metallurgiya sənayesi199.72.2 dəfə3.4%
Tütün məmulatlarının istehsalı154.8116.32.6%
Rezin və plastik kütlə məmulatlarının istehsalı149.7104.12.5%
Maşın və avadanlıqların quraşdırılması və təmiri147.2116.32.5%
Toxuculuq sənayesi142.455.32.4%
Hazır metal məmulatlarının istehsalı121.286.92.1%
Maşın və avadanlıqların istehsalı115.9116.22.0%
Elektrik avadanlıqlarının istehsalı79.9103.81.4%
Mebellərin istehsalı68.994.81.2%
Kağız və karton  istehsalı52.5121.30.9%
Poliqrafiya məhsullarının istehsalı50.393.80.9%
Geyim istehsalı46.9106.80.8%
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı40.6110.60.7%
Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı34.9137.90.6%
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı28196.10.5%
Kompüter, elektron və optik məhsulların istehsalı14166.60.2%
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı8.463.10.1%
Əczaçılıq məhsullarının istehsalı2.34.6 dəfə0.0%
Sair nəqliyyat vasitələrinin istehsalı2.3157.20.0%

 

Cədvəl 1. 2020-ci ilin birinci yarımilində emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1013,1 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faizlik artım müşahidə olunmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məh­sulların həcmi 0,5 faiz artaraq 153,9 milyon manat təşkil etmişdir.

 

Kənd təsərrüfatı. Kənd təsərrüfatında yaz-tarla işləri başa çatmışdır. 2020-ci il iyul ayının 1-nə kimi 393,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 61,9 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 34,6 min hektarı dən üçün qarğıdalı), 57,0 min hektar sahədə kartof, 66,5 min hektar sahədə tərəvəz, 20,0 min hektar sahədə bostan bitkiləri, 100,3 min hektar sahədə pambıq, 11,4 min hektar sahədə dən üçün günəbaxan, 5,0 min hektar sahədə şəkər çuğunduru, 3,1 min hektar sahədə tütün, 65,2 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 2,3 min hektar sahədə sair bitkilər əkilmişdir.

2020-ci il iyul ayının 1-nə kimi tarlalardan, qarğıdalı da daxil olmaqla, 2372,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz az dənlilər və dənli paxlalı bitkilər, 368,3 min ton (9,7 faiz çox) kartof, 716,9 min ton (6,2 faiz çox) tərəvəz, 76,6 min ton (39,8 faiz çox) bostan məhsulları, 131,9 min ton (5,3 faiz çox) meyvə və giləmeyvə, 1326,0 ton (6,4 faiz çox) tütün, 422,2 ton (25,0 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,1 faiz, heyvan­dar­lıq məhsullarının istehsalı isə 3,2 faiz artmışdır.

Diaqram 7. Kənd təsərrüfatı məhsullarının istehsalının aylar üzrə dinamikası, milyon manat

 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 260,4 min ton, süd istehsalı 1,9 faiz artaraq 1056,7 min ton, yumurta istehsalı 7,0 faiz artaraq 991,5 milyon ədəd və yun istehsalı 0,1 faiz artaraq 14,6 min ton olmuşdur. Bundan başqa, ölkədə 445,9 ton barama istehsal olunmuşdur.

 

Əsas kapitala investisiyalar. 2020-ci ilin yanvar-iyun aylarında əsas kapitala 5956,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə mü­qayisədə 2,7 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış inves­tisi­yaların həcmi 17,5 faiz artmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5 faiz azalmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3501,8 milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəl­dilmiş vəsaitlərin 3577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraş­dırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 

Qrafik 2. Əsas kapitala investisiyalar, milyon manat (aylar üzrə)

 

Nəqliyyat sektoru. Koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi ka­rantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlam­lığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahə­lərində fəaliyyətin, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın, o cümlədən yerli hava uçuşlarının məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına gətirib çıxarmışdır. Belə ki, sərnişin daşınması cari ilin iyun ayında may ayına nisbətən 2,6 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 49,5 faiz azalmış, nəticədə ümumilikdə cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə sərnişin daşınması 28,7 faiz azalmışdır. Yük daşınmasının isə cari ilin iyun ayında may ayı ilə müqayisədə 3,6 faiz artmasına baxmayaraq, ötən ilin iyun ayına nisbətən baş vermiş 29,8 faizlik geriləmə ümumilikdə yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə yük daşınmasının 14,1 faiz azalmasına səbəb olmuşdur.

Yüklərin 58,4 faizi avtomobil, 30,7 faizi boru kəməri, 7,5 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 90,5 faizi avtomobil, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.

Qrafik 3. Yük və sərnişin daşınmanın əsas göstəriciləri (aylar üzrə)

 

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 1042,8 milyon manatlıq xidmətlərin 72,0 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 4,4 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

 

Qrafik 4.  İnformasiya və rabitə müəssisələri tərəfindən aylar üzrə göstərilmiş xidmətlər, milyon manat

Ticarət. 2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 18245,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 3339,9 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 19,2 faiz azalmış, ticarət şəbəkəsində 9729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8516,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. Əmtəə dövriyyəsinin azalması qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsinin 6,9 faiz azalması hesabına baş vermiş, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə dövriyyə isə 3,1 faiz artmışdır.

 

Qrafik 5. Pərakəndə ticarət dövriyyəsi (aylar üzrə).

        

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin ra­yon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel, may və iyun aylarında sərnişin daşınmasında mü­şahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyul­muş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə mü­qayi­sədə 19,2 faiz azalaraq 3339,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tə­rə­findən əhaliyə 2509,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xid­mətlərin ümumi dəyərinin 75,1 faizini təşkil etmişdir.

 

Qrafik 6. Əhaliyə göstərilmiş ödənişli xidmətlər (milyon manat)

 

Xarici ticarət. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəs­miləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2020-ci ilin yanvar-may aylarında ölkə­nin xarici ticarət dövriyyəsi 9852,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət döv­riyyəsinin 5687,4 milyon dollarını və ya 57,7 faizini ölkədən ixrac olunmuş məh­sul­­la­rın, 4165,1 milyon dollarını (42,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil et­miş, nəticədə 1522,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymət­lər­lə 30,1 faiz, real ifadədə 19,0 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azal­mış­dır.

2020-ci ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollar təşkil etmişdir.

 

Qrafik 7. Xarici ticarət dövriyyəsi (aylar üzrə)

2020-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq malları üzrə 101,3 faiz, əhaliyə gös­tərilən ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.

COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan təsirləri

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində müəyyən çətinliklərlə əlaqədar olaraq yaxın gələcəkdə də iqtisadi artım perspektivlərinin neft qiymətlərinə bağlı olaraq davam etməsini, həmçinin neft qiymətlərinin düşməsi və COVID-19-la bağlı məhdudlaşdırıcı tədbirlərin nəticəsi olaraq 2020-ci ildə iqtisadi artımın 0,5%, yüksək neft və qaz hasilatı və qiymətlərin artması fonunda 2021-ci ildə isə 1,5 % olacağını proqnozlaşdırmışdır. Təşkilat Azərbaycan üzrə 2020-2021-ci illər üçün proqnozlarını təklif və tələb istiqamətli olmaqla aşağıdakı kimi qeyd edir:

 

 

Təklif istiqamətliTələb istiqamətli
 2020 Proqnoz2021 Proq-nozİctimai xidmətlərdən daxil olan gəlirlər hesabına dövlət istehlakı, minimum əməkhaqqının 34 % artması hesabına isə şəxsi istehlak xərcləmələrinin artmasının gözlənilməsi;
Sənaye sektoru0.5 %2.0 %2020-ci ildə aşağı neft qiymətlərinin təsiri nəticəsində dövlət investisiyalarının azalması fonunda ümumi investisiyalarda azalma olacağının proqnozlaşdırılması;
Kənd təsərrüfatı4.5 %4 %2021-ci ildə özəl investisiyaların artması hesabına ümumi investisiyalarda artımın proqnozlaşdırılması;
Xidmətlər sektoruazalma1 %2021-ci ildə qaz hasilatının artması xalis ixracı artırmaqla yanaşı, iqtisadi artıma da müsbət töhfə verməsi.

 

Cədvəl 3.Asiya İnkişaf Bankının Azərbaycan üçün proqnozları

 

AİB-in Azərbaycan üçün inflyasiyaya, fiskal siyasətə və xarici sektora dair göz­lənti­ləri aşağıdakı kimi olmuşdur:

 

İnflyasiya

 

  • 2020-ci ildə iqtisadi aktivliyin səngiməsi nəticəsində inflyasiyanın 2.5% olacağı, 2021-ci ildə isə şəxsi istehlakı canlandırmaq üçün yüksək sosial xərclərin gecikməli təsiri nəticəsində inflyasiyanın 3.5% artacağının proq­noz­laşdırılması;
  • Minimum əməkhaqlarının artması ölkədə maaşların artmasına səbəb olacaq ki, bu da öz növbəsində sosial xərclərin kəskin artması nəticəsində inflyasiya üzərində əlavə təzyiqlər yaradacağının gözlənilməsi;
  • Neft qiymətlərində azalmanın uzunmüddət davam etməsi 2016-cı ildə olduğu kimi, məzənnənin korreksiyasına və inflyasiyanın artmasına təzyiqlər yarada bilməsi;
  • Cari və proqnozlaşdırılan inflyasiyanın Mərkəzi Bankın 2%-6%-lik hədəf intervalı aralığında qalması;
  • Mərkəzi Bankın 2020-ci ilin yanvar ayında uçot faiz dərəcəsini 7.50%-dən 7.25%-ə endirməsi;
  • Mərkəzi Bankın milli valyutanın dəyərdən düşməsi istiqamətində yarana biləcək risklərin qarşısını almaq, pul bazasının stabilliyini təmin etmək üçün qısamüddətli not emissiyasını və depozit hərraclarını davam etdirməsi;
  • Hökumət tərəfindən qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər üzərində nəzarəti gücləndirərək baza inflyasiyasının arzuolunan səviyyədə saxlanması.

 

Fiskal siyasət

  • 2020-ci ildə stimullaşdırıcı fiskal siyasətin davam etdirilməsi;
  • Büdcə kəsirinin ÜDM-də payının ən azı 3.4% artacağı, Neft Fondundan transfertlər nəzərə alınmadan isə bu kəsirin ÜDM-də payının 17.2% olacağının gözlənilməsi;
  • Yüksək sosial xərclər və dövlət tərəfindən investisiya qoyuluşlarının davam etməsi fonunda bu xərclərin 10.2% artacağının proqnozlaşdırılması;
  • Koronavirusun makroiqtisadi stabilliyə, əmək bazarına və biznes subyektlərinə mənfi təsirlərini minimuma endirmək üçün 1 milyard manatlıq Fondun yaradılması;
  • 2020-ci ildə neftin 1 barelinin 55 ABŞ dolları qiymətində SOFAZ-dan transfertlər daxil olmaqla büdcənin gəlirləri ÜDM-in 29.4%-ə bərabər olacağının gözlənilməsi;
  • 2020-ci ilin mart ayında olan neft qiymətləri ilin sonuna qədər davam edərsə, büdcənin icra gəlirlərinin daha aşağı olacağının proqnozlaşdırılması;
  • 2020-ci ildə SOFAZ-ın ixracdan gəlirləri 12.4 milyard manat olacağı proqnozlaşdırılır ki, bunun da 91%-nin dövlət büdcəsinə transfert olunmasının nəzərdə tutulması.

 

Xarici sektor

  • 2020-ci ildə cari hesabın profisitinin ÜDM-də payının kiçilərək 4.4%, 2021-ci ildə isə artaraq 6.3% təşkil edəcəyinin proqnozlaşdırılması;
  • İdxalda (mallar üzrə) 2020-ci ildə koronavirus səbəbi ilə xüsusəndə Çindən idxal olunan malların azalması nəticəsində 37.8% azalmanın proq­noz­laş­dırılması;
  • 2021-ci ildə vəziyyətin stabilləşməsi və daxili tələbin canlanması hesabına idxalın 23.5% artmasının proqnozlaşdırılması;
  • Çindən idxal olunan ucuz malların əvəzinə digər ölkələrdən daha bahalı mallar idxal olunacağı təqdirdə idxal xərclərində artımın gözlənilməsi;
  • İxracda (mallar üzrə) neft qiymətlərinin aşağı olması karbohidrogen ixracından əldə olunan gəlirlərin azalması fonunda 2020-ci ildə 32.7% azal­manın proqnozlaşdırılması;
  • 2021-ci ildə qazın ixrac həcminin artması və neft qiymətlərinin yüksəlməsi fonunda ixracımızın (mallar üzrə) 24.4% artmasının proqnozlaşdırılması;
  • Turizm sektorunda gəlirlərin azalmasına rəğmən, xidmətlər sektorunda neft sənayesində əksər tikinti xidmətlərinin başa çatması ilə kəsirin azalmasının gözlənilməsi;
  • Dövlət borcu və dövlət zəmanəti ilə alınmış borclar hökumətin borc idarəetmə strategiyasına uyğun olaraq müəyyənləşdirilməsi;
  • Strateji valyuta ehtiyatları Neft Fondunun aktivləri daxil olmaqla 50 milyard ABŞ dolları ətrafında olacağının proqnozlaşdırılması;
  • Ortamüddətli dövrdə Azərbaycanın xarici borcunun dayanıqlı və idarə olunan səviyyədə olması.

Beynəlxalq Valyuta Fondunun 2020-ci ilin aprel ayında dərc olunan Orta Şərq və Mərkəzi Asiya Regional İqtisadi Baxış adlı hesabatında Qafqaz və Mərkəzi Asiya (QMA) regionu üçün gözləntilərin qlobal maliyyə böhranı, eləcə də 2014 -2016-cı ilin şokundan daha pis olacağı gözlənilir. Hesabatda 2020-ci ildə QMA regionunda ÜDM-in 1,7% azalacağı təxmin edilir. BVF-nin Azərbaycan üzrə proqnozları cədvəldəki kimi olmuşdur.

 

 2000-2016-cı illər ortalama2017201820192020P2021P
ÜDM-in artım tempi, %9.50.21.52.3-2.20.7
İstehlak qiymətləri İndeksi, %6.312.82.32.63.33.2
Ümumi fiskal balans

(ÜDM-də xüsusi çəkisi)

5.9-1.45.58.4-12.8-9.7
Cari hesab balansı

(ÜDM-də xüsusi çəkisi)

7.74.112.89.2-8.2-3.7

Cədvəl 4.Beynəlxalq Valyuta Fondunun Azərbaycan üçün proqnozları

 

Ən əsası odur ki, Azərbaycan dövləti aşağı neft qiymətləri, ticarət tərəf­daş­ların­da resessiya, quraqlıq və pandemiya şəraitində öz resursları hesabına və xaricdən dəstək olmadan böhranı idarə etmək və qarşıda duran məqsədlərə nail olmaq niyyətindədir.

 

MƏŞĞULLUQ, QEYRİ-RƏSMİ MƏŞĞULLUQDAN RƏSMİ MƏŞĞULLUĞA KEÇİD, GƏNCLƏRİN MƏŞĞULLUĞU

Məşğulluq və əmək münasibətləri

COVID-19 pandemiyası səbəbilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın bütün sahələri, insanlar və işçilər ciddi problemlərlə üzləşirlər. Dünya İqtisadi Forumunun açıqlamalarına görə, hazırda dünyada 4 milyarddan çox insan pandemiyaya görə sosial təcrid olunaraq evlərindən çıxmır. Bu da öz növbəsində xidmət və logistika sektoruna mənfi təsir göstərir. Aparılan hesab­lamalara görə, pandemiyadan xüsusilə zərərçəkən sahələr otellər, aviaşir­kət­lər, restoranlar, alış-veriş mərkəzləri və mağazalardır. Nəticədə sadalanan sahə­lər­də çalışan bir çox insan iş yerlərini itirə bilər. Artıq dünyanın bir çox nəhəng şirkətləri virus səbəbilə öz işçilərini qısamüddətli və ya uzunmüddətli dövr üçün işdən uzaqlaşdırıb. Beynəlxalq Əmək Təşkilatının (BƏT) açıqlamalarına görə pandemiya 2020-ci ilin sonuna qədər davam edərsə dünyada təqribən 25 milyon insan işsiz qala bilər ki, bu yetərincə böyük rəqəmdir. Pandemiyanıncərəyan et­məsi, məşğulluğa və əmək münasibətlərinə ziyan vurması Azərbaycandan da yan keçmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sə­rən­camı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsə­lələrinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart ta­rixli 1950 nömrəli Sərəncamının 10.2.bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq etmişdir.

Tədbirlər Planındakı üç istiqamət üzrə məşğulluq və sosial rifaha dəstək xüsusi yer tutur və aşağıdakı istiqamətləri əhatə edəcək:

– Dövlət sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi;

– Qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi;

– İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi;

– Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin güc­ləndirilməsi.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş  «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nda işsizlik səviyyəsinin minimuma endirilməsi, əmək bazarının sağlamlaşdırılması üçün strateji hədəflər müəyyənləşdirilib. Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (aidiyyəti dövlət qurumları, Sahib­karlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb olunmaqla) tərəfindən 2020-2025-ci illər üçün Tədbirlər Planı hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilibdir.

Yeni Məşğulluq Strategiyası 2006-2015-ci illəri əhatə edən eyni məqsədli tədbirlərin davamıdır. 2017-ci ildə əmək münasibətlərinin tənzimlənməsi, xüsusilə də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin nəzdində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Baş Nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi həmin komissiyada bu işlə birbaşa məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəh­bərliyi ilə yanaşı, iqtisadiyyat naziri, vergilər naziri, həmkarlar ittifaqı, sahib­karlıqla əlaqəli dövlət və ictimai təşkilatların rəhbərləri də təmsil olunur. Bundan başqa, artıq Azərbaycanda “İşsizlikdən sığorta haqqında”, eləcə də “Məşğulluq haqqında” ayrıca qanunlar qəbul edilib. Həmin qanunlarda əmək bazarı və məş­ğulluqla bağlı yeni anlayışlar təsdiq olunub ki, bunlar 2020-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası qarşısında yeni hədəflər qoyur və bu hədəflərə çatmaq daha çevik və müasir yanaşmalar tələb edir. İndiyədək görülmüş işlər təhlil olunaraq, mövcud durum araşdırılıb və bunun əsasında yeni Məşğulluq Strate­giyasının əsas hədəf və məqsədləri müəyyən edilib. Burada xüsusi önəm daşıyan hədəflərdən biri layiqli əməyin dəstəklənməsidir. Yəni məşğulluq siyasəti eks­tensiv mərhələdən intensiv mərhələyə keçidi təmin etməlidir: bu da kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməsi deməkdir. Strategiyanın əsas məqsədi insanları daha çox layiqli əməklə təmin etmək, onların iş şəraitini yaxşılaşdırmaq və əməyinin səviyyəsinə uyğun əməkhaqqı ilə təminatına imkan yaratmaqdır.

Hazırda Azərbaycanda məşğul əhalinin böyük hissəsi kənd təsərrüfatı sek­torunda sərbəst məşğul əhali kimi fəaliyyət göstərir. Ölkə əhalisinin təxminən 48 faizi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olur. Məşğulluq Strate­giyasında qarşıya bu göstəricini 80 faizə qədər yüksəltmək məqsədi qoyulub. Bundan əlavə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ayrıca qanun qəbul olunub. Strateji yol xəritələrində və “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proq­ra­mı”nda kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verilir. Həmçinin əmək bazarının tənzimlənməsi ilə bağlı bir sıra yeni normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. “Məşğulluq haqqında” qanunda vahid va­kan­­siya bankının yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, əmək baza­rın­da tələb və təklifin tənzimlənməsi bu mexanizm vasitəsilə həyata keçiriləcək. Kənd təsərrüfatında məşğul əhalinin qeydiyyat məsələsi xüsusi önəm daşıyır. Bü­tövlükdə ölkənin əmək bazarında aparılan monitorinqlər sisteminin təkmil­ləşdiril­məsinə ehtiyac var. Söhbət həm də yeni monitorinqlər sisteminin yaradıl­masından gedir ki, ayrı-ayrı regionların inkişaf meyillərini, hansı əmək resurs­larının mövcud ol­duğunu və onları daha çox hansı sahələrə yönəltməyin zəru­riliyini müəyyən­ləş­dir­mək mümkün olsun. Elə əmək resursları var ki, onu daha fəal və gə­lirli sahələrə yönəltmək lazımdır.

Qeyri-formal əmək münasibətləri ilə bağlı, xüsusən də işəgötürənlərlə qeyri-formal qaydada çalışan işçilər arasında daha çox sosial dialoqun qurulması, onların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidini təmin etmək üçün moti­vasiyanın yaradılması planlaşdırılır. Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexa­nizm­lər vasitəsilə tənzimlənəcək ki, bu da müəyyən dövrdən sonra öz bəhrəsini verməlidir. Bu hədəfə nail olmaq üçün ən çox əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Ölkə Prezidenti artıq Azərbayсan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik şəxsin yaradılması, yəni əmək bazarının öyrənilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Əmək resurs­larının öyrənilməsi həmin observatoriya vasitəsilə həyata keçiriləcək, ümumi koor­dinasiya olunacaq. Monitorinq-proqnozlaşdırma sistemi vasitəsilə respub­likada əmək resursları, gələcək tələbatla bağlı məlumatlar emal olunaraq  müvafiq qurum­lara təqdim ediləcək. Bu sırada əsas hədəflərdən biri 2030-cu ilədək ümumi iqtisadiyyatda çalışanların sayının 80 faizə çatdırılmasıdır. Bu müddət ərzində ümu­mi işsizlik səviyyəsi 4 faizə enməlidir. Hazırda gənclər və qadınlar arasında işsizlik səviyyəsi yüksək olduğu üçün bu məsələyə daha çox önəm veriləcək.

Əhali qrupları, o cümlədən gənclər, qadınlar və əlillərin səmərəli məşğulluğunun təmin edilməsi, layiqli əmək sisteminin qurulması Məşğulluq Strategiyasının ən mühüm hədəflərindəndir. Minimum əməkhaqqının və orta kateqoriyalı işçilərin məvaciblərinin artırılması da bu işdə önəmli rol oynayacaq, işçilərin rifah halının yaxşılaşdırılmasına təsir göstərəcək. 2025-ci ilə qədər aktiv əmək bazarı proqram­larının əhatə dairəsi genişləndiriləcək. Buraya peşə hazırlığı, peşəyönümlü təd­birlər, ödənişli ictimai işlər, özünüməşğulluq proqramları, əmək yarmarkaları, «Karyerada ilk addım» kimi aktiv məşğulluq tədbirləri daxildir ki, bunların  vasitəsilə insanların işlə təminatına daha geniş şərait yaranacaq.

Məşğulluq Strategiyasının hədəflərindən biri də xidmət orqanları vasitəsilə işə düzələn işçilərin sayını əhəmiyyətli dərəcədə artırmaqdır. 2017-ci ilin göstəri­cilərinə əsasən, ƏƏSMN  yanında Dövlət Məşğulluq Xidməti orqanlarına müraciət edən vətəndaşların  yarıdan az hissəsi işlə təmin olunub,2019-cu il ərzində  103028   nəfər münasib işlə təmin edilmiş, 47599 nəfər haqqı ödənilən ictimai işlərə, 3168 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 1711 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. 2018-ci illə müqayisədə işlə təmin olunanların sayında 99 faiz , ictimai işlərə cəlb olunanların sayında 46,6 dəfə artım  müşahidə edilmişdir. 2030-cu ilə qədər bu göstəricinin 70 faizə çatdırılması nəzərdə tutulur. Bu da əsasən məşğulluq xidməti orqanları tərəfindən həyata keçirilməli olan tədbirlər sırasın­dadır. Müraciət edən işsiz vətəndaşların peşə hazırlığı kursları vasitəsilə işə cəlb olunması faizi yüksəldiləcəkdir. Hazırda bu faiz çox aşağıdır: müraciət edənlərin təxminən 3 faizi peşə hazırlığı kurslarına cəlb olunur. Bu göstərici 2030-cu ilədək 20 faizə qədər artmalıdır. Hazırda Azərbaycanda cəmi 3 Regional Peşə Tədris Mərkəzi mövcuddur, dördüncüsü isə Gəncədə qurulur. 2030-cu ilə qədər bu mər­kəzlərin sayı 10-a çatdırılmalıdır. Özünüməşğulluq proqramları da davam etdiri­lə­cək. Öncə bu proqramlara təxminən 1400 ev təsərrüfatı cəlb olunubsa, ha­zırda bu rəqəm təxminən 6 dəfə artırılıbdır.

Strateji hədəflərin həyata keçirilməsindən ən böyük gözləntilərdən biri layiqli əmək imkanlarının genişləndirilməsidir. Təhsil sisteminin əmək bazarı ilə uyğun­luğunun təmin edilməsi də uğurlu nəticənin əldə olunmasında vacib rol oynayacaq. İkinci mühüm nəticə məşğulluq və sosial müdafiə arasında əlaqənin güclənməsini təmin etməkdir. Yəni məşğulluq daha çox sosial müdafiəyə ehtiyacı olan insanların aktiv əmək bazarına inteqrasiyasına yönəldiləcək. Bu cür insanların passiv məş­ğulluqdan aktiv məşğulluğa yönəldilməsindən ümumi iqtisadiyyat xeyir görəcək. 2020-2025 və 2025-2030-cu illər ərzində həyata keçiriləcək tədbirlərin moni­torinqləri və qiymətləndirilməsi aparılacaq, icraçı orqanlar, o cümlədən həmkarlar ittifaqları bununla bağlı müntəzəm olaraq öz hesabatlarını təqdim edəcəklər.

İslahatlar, əmək bazarının leqallaşmasına istiqamətlənir. Milli Məclis tərə­findən vergi və sosial sığorta ödənişləri ilə bağlı qanunvericilikdə müvafiq dəyi­şik­liklər edilib, bununla da əmək bazarının leqallaşdırılmasını nəzərdə tutan çox mühüm islahatlara start verilib.

Vergi islahatlarının əsas istiqamətlərindən biri iqtisadiyyatda şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”na səbəb olan halların aradan qaldırılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma bazasının geniş­lən­diril­məsi və müasir tələblərə cavab verən vergi münasibətlərinin formalaşdırılmasıdır. Bu siyasətin əsas hədəflərindən biri də, vergi ödənişləri ilə bağlı yükün azaldılması və optimal vergi rejiminin təmin edilməsidir. Əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması səbəbindən sahibkarlar əməkhaqqının qeyri-rəsmi yolla ödənilməsinə üstünlük veriblər. Bu isə “kölgə iqtisadiyyatı”nın geniş­lən­məsinə yol açıb. Bunun qarşısının alınması üçün vergi və sosial yığımlarla bağlı qanunvericilik aktlarına çox mütərəqqi və əhəmiyyətli dəyişikliklər edilib.

2019-cu ildən başlayaraq vergi yükünün azaldılması və vergilərin səmərə­lili­yinin təmin olunması, sosial vergilərlə bağlı tamamilə yeni qaydaların tətbiqi hə­yata keçirilir. Burada söhbət təkcə vergi və sosial ödəmələrlə bağlı fundamental və prinsipial yeniliklərdən getmir, ümumilikdə əmək bazarı sisteminin yenidən formalaşdırılmasının mexanizmləri də dəyişir. İşəgötürənə və işçiyə münasibət də­yi­şir, vətəndaşların əmək hüquqlarının etibarlı və keyfiyyətli qorunması, onların gə­ləcək sosial müdafiəsinin təmin olunması prinsipləri müasir əsaslara uyğun­laş­dırılır.

QEYRİ-FORMAL MƏŞĞULLUQLA BAĞLI VƏZİYYƏT

 

İşçi işəgötürənlə əmək müqaviləsi bağlamadan, qeyri-formal şəkildə bu və ya digər fəaliyyəti yerinə yetirməklə özünü əmək və sosial təminat hüquqlarından məhrum etmiş olur. Qeyri-formal məşğulluq işəgötürənlərin də iqtisadi məna­felərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə çiddi zərər vurur. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qal­dırıl­masında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər eyni dərəcədə fəal olmalıdırlar.

 

BƏT-in məlumatına görə, qeyri-rəsmi iqtisadiyyat qlobal işçi qüvvəsinin yarıdan çoxunu və dünyada mikro və kiçik müəssisələrin 90% -ni təşkil edir. “Qeyri-rəsmi iqtisadiyyat” ifadəsi çox müxtəlif hal və hadisələri əhatə edir. Qeyri-rəsmi iqtisadiyyat – zamanın reallığıdır və BƏT onu tam haqlı olaraq inkişafda olan ölkələrin spesifik xüsusiyyəti kimi qiymətləndirib. Aşağı həyat səviyyəsi, müxtəlif sosial qrupların gəlirində böyük fərqlər, işsizlik, sosial maraqların müx­təlifliyi, iqtisadi şəraitdən asılılıq, məlumatlandırmanın kifayət qədər olma­ması və sair amillər insanları qeyri-rəsmi məşğulluğa yönəldir.

Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də tikinti və xidmət sektorunda göstərir. Bu, bütün dünya ölkələri üçün xarakterikdir. Dünya Bankının hesablamalarına görə, dünyada pərakəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80 faizini qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmalarına görə, dünyada 1 milyard 800 milyondan artıq insan qeyri-formal əmək bazarının iştirakçısıdır. Qeyri-formal məşğulluğun 93 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.

“Məşğulluq haqqında” qanuna görə, qeyri-formal məşğulluq –  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azər­baycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi mü­qavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Res­publikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mül­kiy­yətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə – kəndli təsərrüfatı haqqında” Azərbaycan Res­publikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə – kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edil­məsidir.

Qanunvericiliyə görə, əmək müqaviləsi, xidməti müqavilə ilə çalışanlar, sahib­karlıq fəaliyyəti ilə məşğul olanlar, torpaq mülkiyyətçiləri daxil olmaqla, qanuni əmək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs (ev təsərrüfatı subyektləri) məcburi dövlət sosial sığorta ödənişi etməlidir. Qeyri-formal məş­ğul­luq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur, işçini sosial təminat hüquqlarından (işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və s.) məhrum edir. Ona görə də hər bir işəgötürən və işçi arasında əmək mü­nasibətləri rəsmiləşdirilməlidir.

“Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmil­ləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına əsasən, ölkədə işə­götürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nə­zarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya siyasətinin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğul­luğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyət davam etdirilmiş və sözügedən Tədbirlər Planında nəzərdə tutulan 36 bənddən 22 bənd tam icra olunmuş, 3 bəndin icrası üzrə zəruri işlər görülmüş, 11 bəndin icrası isə davamlı xarakter daşıdığından bu sahədə tədbirlər davam etdirilmişdir.

Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal sektorda çalışan vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyətdə dövlət qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınmasını təmin etdi.

Beləliklə, karantin dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətlər verildi. Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi.

Son illər qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza təkmilləşdirilib və bir sıra normativ-hüquqi aktlar qəbul edilib. “Məş­ğulluq haqqında” qəbul edilən qanunda və Prezident tərəfindən imzalanan Sə­rən­camla təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində mühüm tədbirlərin görülməsi və formal məşğulluğa keçid nəzərdə tutulmuşdur.

Həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri ilə sıx əməkdaşlıq qurulub. 2018-ci il yanvarın 1-dən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq yaradılan İşsizlikdən Sığorta Fondu aktiv məşğulluq tədbirlərinin sayının artırılmasına və onun əhatə dairəsinin genişləndirilməsinə imkan verib. Bunun nəticəsində 2018-ci ildə özünüməşğulluq proqramı vasitəsilə 7 min 267 nəfər işə cəlb edilib. Keçən il isə proqrama qo­şu­lanların sayı 10 min 352 nəfər olmuşdur.

Ölkədə 5 milyondan çox iqtisadi fəal əhali olmasına baxmayaraq, muzdlu işçilərin məşğul əhalidə xüsusi çəkisi 32 faiz təşkil edir. Bu o deməkdir ki, iqtisadi fəal əhalinin yalnız üçdə birinin əmək müqaviləsi vardır. Bu da olduqca aşağı göstəricidir. Ekspertlərin hesablamalarına görə, il ərzində 1,5-2 milyard manat sosial sığorta vəsaitləri əmək münasibətlərinin rəsmiləşdirilməməsi səbəbindən dövriyyədən kənarda qalır.

Vergi yükünün optimallaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyi­şikliklərə əsasən , qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda gəlir vergisi üzrə uzunmüddətli vergi güzəştləri tətbiqi olunub. Hər 1000 manatda 140 manat güzəşt olunur. Paralel olaraq sosial yığımın strukturu və sosial ödəmədə işəgö­türənlə işçi arasındakı proporsiya dəyişib. 12,5 və 10,5 nisbəti əsasında yeni sosial yığım modeli tətbiq olunub. Bu vəziyyətdə işçinin sosial müdafiə ödəmələri üzrə xərcləri artsa da, gəlir vergisindən əldə etdiyi güzəşt hesabına qazancı artır. İslahatlar nəticəsində qeyri-formal sektorun səviyyəsi azalacaq,sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq.

Dəyişikliklərdə mühüm əhəmiyyət daşıyan məqamlardan biri sosial və vergi yığımlarının bir əldə cəmləşməsidir. Bunun Vergilər Nazirliyinə həvalə edilməsi mühüm əhəmiyyət daşıyır. Həm gəlir vergisinin, həm məcburi sosial sığorta haq­larının, həm də işsizliyə görə sığorta ödənişlərinin “bir pəncərə” sistemi ilə tən­zimlənməsi, vergi orqanı vasitəsilə həyata keçirilməsi daha effektli görünür. Bu siyasət həmin sahədə yığımların toplanmasını asanlaşdıracaq, hesabatlılığı təmin edəcək və bu prosesə nəzarətin təşkilinin səmərəliliyini artıracaqdır.İşəgötürən daha mülki-hüquqi müqavilə bağlamağa maraqlı olmayacaq, çünki əmək mü­qaviləsi onun üçün daha sərfəlidir, bu zaman ondan gəlir vergisi tutulmayacaq. Bu həm də işçiyə normal maaş verməyə və onu rəsmiləşdirməyə imkan verəcək.

İşçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisindən azad edilib, habelə məcburi dövlət sosial sığorta haqları üzrə maliyyə yükü işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb. Sadələşdirilmiş verginin dərəcəsi bütün ölkə ərazisində 2 faiz müəyyən edilib. Həmçinin özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant, dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub.

Qeyri-formal məşğulluğa qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, təbliğat və maarifləndirmə işlərinin aparılması da mühüm əhəmiyyət daşıyır. Bu sahə üzrə Azərbaycanda sosial tərəfdaşlar və Beynəlxalq Əmək Təşkilatı arasında sıx əmək­daşlıq əlaqələri yaradılıb. Son bir ildə paytaxtda və bölgələrdə qeyri-formal məşğulluğun qarşısının alınmasına həsr olunan 60-dan çox yazılı məlumat, 80-dək süjet, 10 sosial çarx, 20-dən çox poster hazırlanaraq kütləviinformasiya vasitələri və sosial şəbəkələrdə yayılıb. Əmək müqaviləsinin əhəmiyyətini təşviq edən kreativ mesajlar ictimai yerlərdə nümayiş etdirilmiş, 50 mindən çox buklet ha­zırlanaraq yayımlanmışdır.

Maarifləndirmə prosesinə vətəndaş cəmiyyəti institutlarının da cəlb olunması bu işlərin səmərəliliyini artırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan etmiş və mövzuların bir neçəsi məhz qeyri-formal məşğulluğa həsr olunmuşdur.

Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in dəstəyi ilə son illərdə qeyri-formal məşğulluğun azaldılması ilə bağlı Bakıda və regionlarda 11  konfrans və seminar keçirmişdir. Həmin tədbirlərdə 1000-dən çox həmkarlar ittifaqı fəalı iştirak etmişdir. BƏT-in “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid haqqında” 204 saylı Tövsiyəsinin tələblərinin həyata keçirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında həmkarlar ittifaqının rolu, qeyri-rəsmi sektorun rəsmiləşdirilməsində vergi güzəştlərinin tətbiqi, qeyri-rəsmi sektorun aradan qaldırılmasında pensiya təminatı, tibbi sığorta və d. məsələlər tədbirlərin mövzusu olmuşdur.

Qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər bir sıra müsbət nəticələr əldə edilməsinə səbəb olub. Əmək Müqaviləsi Bildirişi altsisteminin məlumatına görə, keçən ilin axırlarında aktiv əmək müqa­vilələrinin sayı 153 min artaraq 1 milyon 554 min 420 olub. Yeni əmək müqa­vilələrinin artımı ən çox  topdan və pərakəndə ticarətdə (28 min 83nəfər), emal sənayesində (14 min 112 nəfər), tikintidə (10 min 296 nəfər), dövlət idarəet­məsi və müdafiə sənayesində (51 min 443 nəfər) müşahidə edilib.Əmək müqavilələrinin 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb.

Dövlət başçısının müvafiq fərmanları ilə minimum əməkhaqqının 93 faiz artırılması və digər mühüm sosial tədbirlər qeyri-formal məşğulluğun azal­dılma­sına müsbət təsir göstərib, əməkhaqlarının rəsmiləşdirilməsi və əmək müqa­vilə­lərinin bağlanılması məsələlərində xeyli irəliləyişlər əldə edilib.Ötən il əməkhaqqı fondu 42,3 faiz artıb, onun 39 faizi özəl, 45 faizi isə dövlət sektoruna aid olub. Median əməkhaqqında da 52 faiz artım baş verib.2017-ci il aprelin 1-dən 2020-ci  il yanvarın 1-dək 276 min 444 əmək müqaviləsi bildirişi artımı müşahidə olunub.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tə­rəfindən “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alın­masına dair Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası cari ilin ilk yarısında da qeyri-formal məşğulluğun leqallaşdırılması, məşğul şəxslərin əmək və sosial hüquqlarının, eləcə də layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində daha ciddi nəticələrin əldə edilməsinə öz töhfəsini verməkdədir.

Belə ki, 2020-ci ilin ilk yarısında əmək müqaviləsi ilə işləyənlərin sayı 107 272 nəfər artaraq 01 iyul 2020-ci il tarixinə 1 661 692 nəfər təşkil etmişdir. İlin əvvəlindən qeyri-dövlət sektorunda əmək müqavilələrinin artımı 110 min ol­muş­dur. Komissiyanın yaradıldığı dövrdən muzdlu işçilərin sayı 386 573 nəfər və ya 30,3 faiz artmışdır.

2017-ci ildən əmək müqavilələrinin sayında ən çox artım topdan və pərakəndə ticarət, tikinti, dövlət idarəetməsi və müdafiə sahələrində, eləcə də emal səna­yesində müşahidə edilmişdir.

2020-ci il 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolu­nanların sayı cari ilin ilk yarısında 235 836 nəfər və ya 6 faiz, sığortaedən­lərin sayı isə 93 520 nəfər və ya 6,5 faiz artmışdır.

Həmçinin 2020-ci ilin 1 iyul tarixinə qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı cari ilin əvvəli ilə müqayisədə 61 721 nəfər və ya 15,2 faiz artaraq 465 917 nəfər təşkil etmişdir.

2020-ci ilin ilk 6 ayında sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayı isə 9 607 nəfər təşkil etməklə cari ilin əvvəli ilə müqayisədə 4,5 faiz artmışdır.

Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınmasına dair İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilmiş yoxlamalar nəticəsində əmək müqaviləsi bağlamadan aşkar edilmiş çalışanların sayı 1 552 nəfər müəyyən olunmuş və pozuntular üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği 2 944 000 manat təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mər­kəzi tərəfindən qeyri-formal məşğulluqla bağlı tikinti sahəsində cari ilin ilk 6 ayında keçirilmiş 11 monitorinq çərçivəsində barəsində yoxlama aparılmış şəxslərin sayı 522 nəfər, aşkar olunmuş pozuntu halları 33 nəfərtəşkil etmişdir.

Bununla belə, əmək bazarında problemlər həddindən artıq böyük olduğundan elə sahələr var ki, onları əmək müqaviləsi ilə rəsmiləşdirmək mümkün olmur. Mə­sələn, evdə bir neçə günlük xidmət göstərən şəxslər var ki, onların əmək funksiyası uzunmüddətli deyil və bu, mülki-hüquqi müqavilə ilə tənzimlənməlidir. Bu şəxslər evlərdə, müxtəlif yerlərdə müvəqqəti işləri yerinə yetirirlər. Məsələn, evlərdə və bağlarda 3-4 günlük “santexnik”, yaxud suvaqçı işləyən şəxslərlə müqavilə bağlamaq çox çətindir. Eləcə də ailə-kəndli təsərrüfatlarının üzvləri olan fərdi şəxs­lərlə müqavilə bağlanması da hüquqi baxımdan çətinlik törədir. Bu cür halları aradan qaldırmaq müəyyən vaxt tələb edir. Ancaq hazırda “kölgə iqtisadiyyatı”nın əsas iştirakçıları olan ticarət, tikinti, xidmət və digər müxtəlif fəaliyyət sahələrini mütləq əmək bazarının iştirakçıları kimi vergiyə cəlb etmək mümkündür və bu prosesi tənzimləmək vacibdir.

Bəzi xarici ekspertlərin rəylərinə görə, respublikamızda əmək qabiliyyətli əhalinin təqribən 50-60 faizi qeyri-rəsmi məşğulluq sahələrində çalışırlar. Şübhəsiz ki, rəqəmlərin dəqiqləşdirilməsinə ehtiyac vardır. Qeyri-rəsmi əmək müna­sibət­lərində olan işçilərin dəqiq statistikasının olmaması bu kateqoriyaya aid olanların dəqiq müəyyənləşdirilməsinə  imkan vermir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır. Xəritə elektron informasiya sis­tem­­lərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Məlumat bazasında ölkə­nin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziy­yəti və s. aid informasiyalar toplanacaq. Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictimaiyyətə təqdim ediləcək. Ölkənin məşğulluq xə­ritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məş­ğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

COVID-19 PANDEMİYASI GƏNCLƏRİN

 FƏALİYYƏTİNƏ  DƏ TƏSİRSİZ ÖTÜŞMƏDİ

 

Hər bir ölkə üçün gənclər siyasətinin gücləndirilməsinə, gənclərin səmərəli məş­ğul­luğuna, onların iqtisadi inkişaf proseslərinə cəlb olunmasına yönəldilən səy və investisiyalar mahiyyət etibarilə cəmiyyətin davamlı tərəqqisinə xidmət edir. Qlobal iqtisadi böhrandan sonrakı dövrdə beynəlxalq əmək bazarında nisbi sabit­liyin müşahidə olunmasına baxmayaraq, işsiz gənclərin sayının ildən-ilə artaraq 70 milyonu ötməsi, 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsinin dünya üzrə orta işsizlik səviyyəsini 3 dəfə üstələməsi gənclərin məşğulluğunun təminatı məsə­ləsi­nin aktuallaşmasına səbəb olub.

Əksər ölkələrdə gənclərin məşğulluğu ilə bağlı gənclərin təhsilinin işəgötü­rənlərin tələbləri ilə uyğunsuzluğu, özünüməşğulluğun yanlış inkişafı, qeyri-sabit məşğulluq, ümumi işsizlik kimi oxşar çətinliklər mövcuddur. Bu gün gənclər qeyri-formal iqtisadiyyata və miqrasiyaya daha çox maraq göstərirlər. Belə ki, dünyada hər 4 nəfərdən bir gənc qadın və  3 nəfərdən bir gənc kişi qeyri-formal sek­­torda çalışır.

Bu yaxınlarda Beynəlxalq Əmək Təşkilatının(BƏT) pandemiya dövründə gənclərin məşğulluğu ilə bağlı geniş araşdırmasında bildirilir ki, hazırda dünyada 5 gəncdən biri işsizdir. Ümumiyyətlə, əmək qabiliyyəti olan gənc təbəqənin 20-30 faizi fəaliyyətsizdir. 2019-cu ildə gənclərin işsizlik səviyyəsi 13,6% təşkil edib ki, bu da digər qruplardan daha yüksəkdir. Hazırda dünyada 267 milyona yaxın heç bir iş tapmayan və təhsil almayan gənc mövcuddur. BƏT inkişaf etmiş ölkələrdə genişmiqyaslı məşğulluq və təlim proqramlarına başlanılmasına,aşağı və orta gəlirli ölkələrdə gənclərin iş təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, tə­cili dəstək tədbirlərinin həyata keçirilməsinə çağırır.

Ölkədə dinamik və uzunmüddətli inkişafı təmin edən uğurlu islahatlar proq­ramları həyata keçirilir. İqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının təmin edilməsidövlət siyasətinin əsas hissəsini təşkil edir. Dövlətin gənclərin fəaliy­yəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilir. Gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Təsadüfi deyil ki, BƏT tərəfindən gənclərin məşğulluq problemlərinin həllinə görə, Azərbaycan dünyada 10 lider ölkə sırasındadır. BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində bir sıra ölkələrin, o cümlədən Azərbaycan gənclərinin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları təqdim olunur. 2016-cı ildə isə MDB ölkələri və Gürcüstan nümayəndələrinin iştirakı ilə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində uğurlu təcrübələr üzrə BƏT tərəfindən keçirilmiş müsabiqədə Azər­baycan nümayəndə heyətinin təqdimatı ən çox səs toplayaraq gənclərin məşğul­luğunun dəstəklənməsi sahəsində MDB-də ən yaxşı təcrübə nümunəsi kimi birinci yerə layiq görülüb və bununla əlaqədar BƏT-in diplomu ilə təltif edilib.

Ölkəmizdə mövcud olan müsbət demoqrafik vəziyyət və inkişaf tendensiyaları dövlətin əmək ehtiyatlarının, o cümlədən gənc istehsal qüvvələrinin formalaş­ma­sına və səmərəli yerləşməsinə təsir edən əsas amillərdən biridir. Azərbaycan Avropa və MDB-də demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 14-29 yaşda olan vətəndaşlar (gənclər) ölkə əhalisinin 25,4, uşaqlar isə (0-14 yaşda) 22,6 faizini təşkil edir. Bununla yanaşı, son 15 il ərzində təbii artım və doğulanların sayının sabit artması (hər 1000 nəfərə hesabı ilə müvafiq olaraq 8,3 və 14,2 nəfərədək yüksəlməsi) nəticəsində bütövlükdə ölkə əhalisinin, o cümlədən əmək qabiliyyətli əhalinin sayında da əhəmiyyətli artım baş vermişdir. 15-64 yaş qrupunda olan əhalinin payı 65,8 faizdən 70,9 faizədək dəyişmişdir.

Hər il çoxsaylı gəncin əmək bazarına daxil olması bu sayda gənc işçi qüvvəsinin əmək bazarı tərəfindən qarşılanması tələbi makroiqtisadi, demoqrafik, məşğulluq və təhsil siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. 2018-ci ildə ölkə üzrə iqtisadi fəal əhalinin tərkibində 15-24 yaşda gənclərin payı 12, 15-29 yaş qruplarında isə 27 faiz təşkil edib.

Araşdırmanın nəticələrinə görə, ölkədə fevral ayının əvvəlindən müşahidə olu­nan koronavirus pandemiyası gənclər arasında işsizliyə əhəmiyyətli dərəcədə təsir etməsə də, gərginlik yaradıb.İşsizlər arasında qadın və gənclərin payının yüksək olması əmək bazarında əsas problemlərdən biridir. Bu gün ölkədə gənclər üçün iş tapmaq o qədər də problem deyil. Bir çox sahələrdə iş qıtlığı yox, kadr qıtlığı özünü qabarıq büruzə verir. Peşələrin ətraflı təsviri, bazar iqtisadiyyatı prin­siplərinə uyğun peşə tələbləri sistemi də hələ tam formalaşmayıb. İşəgötürən mü­vafiq strukturlara müraciət etsə də, elanlar versə də, kadr axtarışının uğursuzluqla nəticələnmə halları çoxdur.Əmək bazarına daxil olan işçi qüvvəsinin peşə baca­rıqları ilə işəgötürənlərin tələbləri arasında ziddiyyətin yaranması məhsuldarlığın təminatında çətinliyə səbəb olur. Gənc işçi qüvvəsinin istənilən zəruri bacarıqlara malik olmaması işəgötürənlər üçün vaxt və maliyyə itkisi ilə nəticələnir.

İş tapmaqda gənclərin ən çox rastlaşdığı problem məzunların təcrübəsinin olma­masıdır. Öz biznesini açmaq istəyənlər üçün isə əsas maneə maliyyə resurs­larının olmamasıdır. Digər səbəblər də mövcuddur. Məsələn, yüksəkmaaşlı iş axtarışı, həmçininali təhsil müəssisələrini bitirənlərin iş yerlərinə bölüşdürülməsi sisteminin ləğvi və s. Burada şəhər və kənd yerlərində məşğulluğun, əmək bazarının, təhsil xid­mət­lərinin  və yaşayış səviyyəsindəki fərqlərin də rolu vardır. Bunlar əhalinin, əsasən də kənd sakinlərinin, ölkə ərazisində və xaricində miqrasiyasına əhəmiy­yətli təsir edir. Başqa səbəblər arasında valideynlər, onların təhsil səviyyəsi, sağlamlığı, iqtisadi resurslara çıxışı, ətraf mühit və icma mənsubiyyəti kimi me­yarlar üstünlük təşkil edir.

Müasir əmək bazarının tələblərinə uyğun hazırlıqlı gənc kadrların yetişməsi gələcək iqtisadi artımın və tərəqqinin əsas şərtlərindən biridir.Ölkə əhalisinin 71,6 faizi işləyə biləcək yaşdadır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemindəqeydə alınmış muzdlu işçilərin 37,5 faizi (kişilərin 36,5%-i, qadınların isə 38,6%-i) ali təhsillidir (muzdla işləyənlərin 37,5%-i orta təhsilli, 22,3%-i orta ixtisas təhsilli, 2,7%-i ilk peşə-ixtisas təhsilli olanlardır). Mütəxəssislərin fikrincə, 2025-ci ilə qədər Azərbaycanda əmək qabiliyyətli əhalinin xalis artımı 350 min nəfərdən çox olacaq. Milli iqtisadiyyat perspektivi üzrə müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Demək olar ki, hər il əmək bazarına 100 mindən artıq gəncin böyük axını olur. 10 milyon əhalisi olan Azərbaycan kimi bir ölkə üçün bu çoxdur. Onlar işlə təmin olunmalıdır. Bu resursu digər ölkələrin əmək bazarlarına “ixrac edilməsi” barədə də düşünmək lazımdır.

Əmək sferasında dəyişikliklər də nəzərə alınmalıdır. XXI əsr – yüksək texno­logiya dövrü və insanların həyatında internetin geniş yayılması, nanotexnologiya, mobil rabitə, alternativ enerjinin inkişafı, günəş batareyaları, elektrik vasitələridir. Bu gün kompüter və robotlar istehsal və xidmət sektorunda getdikcə daha mürək­kəb vəzifələri üzərinə götürür, məhsuldarlığı artırır və əmək resurslarının optimal­laşdırılmasını sürətləndirir. Belə ki, texnoloji cəhətdən daha zəif kənd təsərrüfatı ölkənin əmək resurslarının 37% -ni əhatə edir ki, onun da ÜDM-də payı 5% -dən çox deyil. Əksinə, hasilat sektoru ÜDM-in 40% -ni təşkil etdiyi halda, öz  spe­sifikasına görə çox iş yeri yaratmır və ölkənin əmək resurslarının yalnız 1% -ni istifadə edir.

Ölkə iqtisadiyyatında müasir meyillər peşə təhsili qarşısında yeni tələblər irəli sürür  və  əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara yaranan tələbi ödə­mək vəzifəsini ön plana çəkir. Əgər ölkədə kənd təsərrüfatı inkişaf etməlidirsə və buraya maraq artırsa, deməli, bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində qalmalıdır.

Qeyd olunan amillər nəzərə alınmaqla, ölkəmizdə fəal gənclər siyasəti əsasında bir çox sosialyönümlü dövlət proqramlarına və strategiyalara, o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və “2019-2030-cu illərdə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na, habelə Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci “Layiqli Əmək üzrə Ölkə Proqramı”na uyğun olaraq, gənc­lərin peşə-ixtisas hazırlığının yüksəldilməsinə, məşğulluğunun artırılmasına yö­nələn mühüm addımlar atılır.

Azərbaycan gənclərin məşğulluq probleminin həlli ilə bağlı BƏT-in müvafiq konvensiyalarına, qətnamələrinə qoşulub. “İşsizlikdən sığorta haqqında”, “Məş­ğulluq haqqında” qanunlar qəbul olunub. Bunlar əmək münasibətlərinin leqal­laşması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin məşğulluğu sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və s. aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artmasına, inklüziv məşğulluğun təmin olunmasına, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, ölkədə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin formalaşmasına zəmin yaradıb.

Bütün bu proseslər eyni zamanda gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin ildən-ilə güclənməsi ilə tamamlanır. 2018-ci ilin yekunlarına əsasən, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 14698 nəfər gənc münasib işlə təmin olunub, 1275 nəfər gənc işəgötürənlərin real tələbləri əsasında peşə hazırlığına, 319 nəfər gənc isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.İşsizlikdən kiçik sahibkarlığa çıxış imkanı yaradan özünüməşğulluq proqramında gənclərin də fəal iştirakına geniş şərait yaradılıb. Ölkə başçısının müvafiq sərəncamına əsasən, özünüməşğulluq proqramına 2018-ci ildə cəlb edilən 7267 nəfər işsizdən 1174 nə­fəri gənclər olub. Digər proqram iştirakçıları kimi, onlar da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesa­bına kiçik ailə bizneslərini qurublar.

Məşğulluq xidməti tərəfindən həyata keçirilən tədbirlər sırasında orta mək­təblərin yuxarı sinif şagirdləri, işsiz və işaxtaran gənclər, ali təhsil müəssisə­lərinin tələbələri, eləcə də ali təhsilli işaxtaran gənclər üçün peşəyönümü məsləhətlərinin verilməsi və karyerada ilk addım tədbirlərinə xüsusi önəm verilir. 2018-ci il ərzində 118138 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunub. 2019-cu ildə şəhər və rayonlarda orta ümumtəhsil məktəblərinin şagirdlərinə və məşğulluq mərkəzlərinə müraciət edən işaxtaran və işsiz şəxslərə, ümumilikdə 134760 nəfərə düzgün peşə seçimi istiqamətində peşəyönümü məsləhəti verilmişdir.  Cari ilin 3 ayı ərzində bu tədbirlərə cəlb edilənlərin sayı isə 32,8 min nəfər olub ki, onlardan da 22 mindən çoxunu gənclər təşkil edib.

Peşəyönümü tədbirləri ilə yanaşı, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhər­lərində və Lənkəran rayonunda məzun və tələbələrin işlə təmin olunmasına kömək göstərilməsi, eləcə də onların əmək bazarına səmərəli inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında 8 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 457 müəssisə tərəfindən 2351 vakansiya təqdim edilib. İştirakçılara seçdikləri vakansiyalar üzrə göndərişlər verilib, məzun və tələbələrin şəxsi məlumatları müəssisələr tərəfindən qəbul olunub. Ən başlıcası, həmin tədbirlər tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına, onların gələcəkdə əmək bazarına inteqrasiyasına kömək edib. Bunlardan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğul­luq Xidmətinin təşkilatçılığı ilə İqtisad Universitetində məzunların təhsildən-işə keçid imkanlarının asanlaşdırılması, onlara işəgötürənlərə özlərini təqdimetmə bacarıqlarının formalaşdırılması məqsədilə “Karyeranı qur” təlimləri təşkil edilib.

Səriştələr əsasında hazırlanmış peşə və kvalifikasiya standartları əmək bazarının tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, həmçinin işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunmasında və bütövlükdə milli işçi qüvvəsinin rəqabətqabiliyyətinin artırılmasında əsas alət rolunu oynayır. Ölkədə artıq turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 300-ə yaxın peşə standartı və uyğun təlim standartları, onların əsasında 52 peşəyönümü profili və 63 ixtisas standartları hazırlanıb. Bu standartlar bir çox sahibkarlar tərəfindən istifadə edilir. Həmçinin gənc işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması sahəsində aparılan islahatların bir istiqaməti kimi əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması və keyfiyyət parametrləri əsasında proqnozlaşdırılması və əmək ba­zarının mükəmməl monitorinq sisteminin institusional strukturunun forma­laşdırılması işləri aparılır.

Aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, çeşidinin və əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mövcud qayda və prosedurların yenilənməsi, xüsusilə məşğulluq xidmətlərinin elektron infrastruk­turu­nun hazırlanması və bu xidmətlərin elektron müstəvidə təqdim edilməsi islahatların tərkib hissəsidir. ƏƏSMN-in vahid platforma üzərindən 18 altsis­temdən ibarət yaradılmış Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi,
“e-sosial” internet portalı və “Məşğulluq” altsistemi ölkəmizdə işsiz və işaxtaran şəxslərin reyestrini, ölkə üzrə mövcud iş yerlərinin vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edir.”Məşğulluq” altsistemi vasitəsilə hər bir işsiz və işaxtaran şəxs yaşadığı ərazidə və ümumilikdə ölkə üzrə mövcud olan vakansiyalara birbaşa elektron şəkildə müraciət edə bilir. Eyni zamanda işəgötürənlər və sahibkarlar şəffaf şəkildə vahid veb səhifədə axtardıqları işçi qüvvəsinə çıxış əldə edirlər. Bu yeni texnologiyaların tətbiqi gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına bilavasitə öz təsirini göstərəcəkdir.

Ölkədə gənclərin məşğulluğunun artırılması sahəsində siyasətin formalaş­dırıl­ması və həyata keçirilməsi bir çox beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxlaq Əmək Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digərləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq son illər Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda və Göyçay rayo­nunda icra olunan “Ali təhsilli, ilk dəfə işaxtaran gənclərin işlə təmin olunmasına dəstək” və “Gənclərin məşğulluğu subsidiya proqramı” pilot layihələri mühüm önəm kəsb edir. Həmçinin 2011-ci ildən başlayaraq BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Bey­nəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə şəhər­lərində, Masallı və Zaqatala rayonlarında yaradılan Norveç SYSLAB mərkəzləri gənclərin əmək bazarına inteqrasiyasında önəmli rola malikdir. Eləcə də BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyətlərinin, onların kiçik biznes qurulmasına dəstək göstə­rəcək ki, bu sırada gənclər də var. Dünya Bankı ilə birgə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində isə Xəzər və Dövlət İqtisad univer­sitetlərində “Virtual Müəssisələr”in (Təcrübə Firmalarının) yaradılması və digər istiqamətlərdə layihələrin reallaşdırılması da gənclərin məşğulluğunun inkişafına xidmət edir.

Artıq Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu orta-ixtisas təhsil müəs­sisələri və ali təhsil müəssisələrinin 29 yaşına qədər olan məzunları üçün “Gənc­lərin Məşğulluğu Proqramı”nı həyata keçirməyə başlayıb. Şübhə yox ki, proqramın reallaşdırılması gənclərin uğurlu karyera planlaşdırmasına, xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk iş təcrübəsi əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək.

 

Gənclər arasında işsizlik: rəsmi statistika və reallıqlar

Araşdırmanın nəticələrinə görə, fevral ayının əvvəlindən müşahidə olunan koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran digər qruplara nisbətən gənc insanlaradaha ciddi təsir göstərir. “Əgər imkan və təcrübənin olmaması səbəbindən gənclərin istedadı və enerjisi ikinci plana çəkilərsə, bu, bizim gələcə­yimizə zərər yetirər və pandemiyadan sonra iqtisadiyyatın bərpasını çətinləşdirər”, – deyə BƏT-in Baş direktoru Qay Rayder bildirib.

Son zamanlar ölkə rəhbərliyi gənc kadrların mühüm vəzifələrə təyin edilməsi ilə bağlı sərəncamlar verir. Bu isə ümumilikdə ölkə siyasətində gənclərə maksimum diqqət və etimad göstəricisi sayılır. Amma bununla paralel ölkədə gənclərin işsizlik problemi də öz aktuallığını qoruyur. Xüsusən pandemiya dönəmində Azər­bay­canda işsizlik problemini ən çox yaşayan gənclər oldu. Ölkədə bu problemi necə həll etmək olar, rəqəmlər real durumu göstərə bilirmi?

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məm­mədovun fikrincə, “16 yaşlı alman gənc məktəbi bitirəndə öyrəndiyi bir peşə olur. Azərbaycanda isə belə deyil. Təhsilini bitirən gənc əmək bazarına 21-22 yaşında daxil olmağa başlayır. Bu, artıq onun üçün gec olur. Azərbaycanda gənclərin işsiz qalmasının bir səbəbi də əhalinin artım dinamikası ilə bağlıdır. Əhalinin 64 faizi yaşı 40-a çatmayanlardır.  Bu, doğumun yüksək səviyyəsi ilə xarakterizə olunur. Hər 100 nəfərə 8.4nəfər artım var. Əmək bazarında əhalinin 4 faizi ahıl insanlardır. Demoqrafik və təhsil faktoru, ümumi əhali sıxlığı, hər kvadratkilometrə 142 nəfər düşməsi ciddi faktorlardır. Halbuki Qazaxıstanda bu rəqəm 6.2, Rusiyada 8.5 nəfərdir. Hələ Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olması, əhalinin coğrafi olaraq qeyri-bərabər paylanmasıda nəzərə alınmalıdır. Rayonlarda iş yerinin azlıgı, yerlərdə olan aqrar sektor sahəsinin inkişaf etməməsi ciddi səbəblər sırasındadır. Hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir. Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. İşəgötürən istəyir ki, qəbul elədiyi adam işə peşəkar səviyyədə başlasın. Mövcud təhsil sistemi hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Ümumi iqtisadi fəal əhalinin 22 faizini gənclərin təşkil etməsi böyük rəqəm deyil, amma gənclər arasında da işsizlik istisna deyil. Ölkə Prezidenti İlham Əliyev yeni Təhsil naziri ilə danışığı zamanı ona 5 il sonra sıradan çıxacaq peşələrlə bağlı xəbərdarlıq edib və o peşələr üzrə təhsilin davam etdirilməməsi ilə bağlı fikrini deyib, təhsilin plan­laşdırılması üzərində dayanıb. Dövlətə, büdcəyə pul gətirən sahə enerji sektorudur. Amma enerji sektoru da əməktutumlu deyil.  Orada əhalinin maksimim 1 faizi işləyə bilir. Aqrar sektor büdcəyə böyük vəsait gətirə bilər. Strateji yol xəritəsi hazırlanır. Bu tərəfdən susuzluq problemi ortaya çıxır. Bir tərəfdən proqramlar qəbul olunur, o biri tərəfdən problemlər artır. Zootexnik, aqronom peşə­lərinə ehtiyac var. Tapa bilmirlər. Zavodlar qurulur, amma işsizlik qalır. Məşğulluq barədə düzgün olmayan statistika mövcuddur. Guya 5 milyon məşğul olan insan­dan  1.5 milyon insanın əmək müqaviləsi var. Bu sayımaksimum 2 mil­yon hesab edək. Yerdəqalan 3 milyon haqda məlumat yoxdur. Onlarla müqavilə bağlanıb – amma pandemiya dönəmində aylarla ödənişsiz məzuniyyətə buraxılıb. Dövlət onlarla bağlı təminat verməlidir. Epizodik və mövsümi məşğul olan in­sanlar var – əkin, pambıqçılıq dövründə. İnsan tam məşğuldursa, onları qeydiy­yata salmaq la­zımdır. Mövsümi və epizodik məşğul olan insanlar ümumən­məşğul kimi gö­stərilə bilməz”.

Millət vəkili Razi Nurullayev məsələ ilə bağlı açıqlamasında bildirib ki, “Sərt karantin rejiminə görədə iş yerləri azalıb, təşkilatlar iflas səviyyəsinə çatıb. Hökumət sərt karantinə getməklə pandemiyanın qarşısını almağa çalışırdı. Amma daha böyük problemlər ortaya çıxdı. İnsanların dar gün üçün saxladıqları vəsaitlər bitib. İnsanlar arasında psixoloji problemlər də çoxalır. İqtisadiyyat, turizm sıradan çıxıb. Bu da özlüyündə gənclərin də işsizlik problemlərini artırır. Kiçik, orta və böyük müəssisələr bankrot həddinə çatıbsa, işsizliklə bağlı mənzərə də qaçıl­maz­dır. Gənclərin yarıdan çoxu daş hörgü edir, sement qarışdırır. Yarısı Qaradağda ”KamAZ”lara daş yükləyirlər. İnsanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün gəlirli, stabil iş yerləri olmalıdır”.

Sosioloq Təranə Əliyeva isə hesab edir ki, “Ali məktəbə qəbul olmaq üçün illərlə çalışan, özəl hazırlıq kurslarına, özəl məşğələlərə gedən abituriyentlər tələbə adını qazanandan sonra əsl çətinlik başlayır. Belə ki, bir çox gənclər ali məktəbi bitirdikdən sonra iş tapmaq problemi ilə üzləşir”. Onun sözlərinə görə, gənclər 4 il əziyyət çəkib universitet oxuyur, ixtisaslı kadr kimi yetişir, amma bəzən bu da on­ların işlə təmin olunmasına kömək edə bilmir: bu halda kişilər gedib tikintidə ağır işlərdə işləyirlər. Ali savadlı gənc qızlar hansısa bir şirkətdə qarşılama xidmətində çalışırlar. Bir çox hallarda gənclər iş tapmaq ümidi ilə xaricə, yaxud yaxın Rusiya və Türkiyəyə gedirlər. Bu da onların gələcək taleyinə təsir göstərir. Bir çoxları elə oradaca ailə qurub yaşamağa davam edirlər. Bir qisim illərlə Vətən üzü görmür. İşsizlik son illərdə bir çox ailələrin dağılma səbəbidir. Bu da statistikada özünü göstərir. Bəzən işə qəbulla bağlı müxtəlif qurumlarda keçirilən imtahanlar da qeyri-obyektiv nəticələrə görə gənclərdə ümidsizlik yaradır. Gənclər ən yaxşı halda tanışlıq və tapşırıq vasitəsilə arzuladıqları şirkətlərdə, rəsmi qurumlarda işə düzəlmənin yollarını axtarırlar: halbuki böyük şirkətlər öz sahələri üzrə peşəkar kadra sahib olmaq üçün həmin ixtisas üzrə universitetlərin son kurslarında oxuyan tələbələr arasında seçim etməli, müsahibə keçirməli və onları işə götürməlidir. Çünki Azərbaycanda bu təcrübədən xarici şirkətlər daha çox istifadə edirlər. Onlar öz işçilərini həm də bu yolla seçirlər. Yerli şirkətlər, nazirliklər də bu vasitə ilə uğurlu məzunları öz yanlarına cəlb edə bilərlər”.

Tələbə həmkarlar ittifaqı liderləri isə“ali məktəbi bitirən bir gənc niyə iş tapa bilmir?” sualına maraqlı açıqlama verirlər. Bildirilir ki, işəgötürənin insan resurs­ları departamenti işçilərinin əsas tələbi müvafiq kateqoriya üzrə iş təcrübəsinin olmasıdır. Özəl sektor vaxt itkisinə yol vermək, təcrübəsizi işə götürüb ona treninqlər keçirmək istəmir. Bu, pul itkisi deməkdir, biznes isə bunu bağışlamır. Azərbaycan tələbələrinin əksəriyyətinin problemi də bundadır. Sovetlərdən qalma stereotiplərə görə, dövlət məni işlə təmin etməlidir prinsipi onlara inkişaf etməyə imkan vermir. Tələbə həmkarlar ittifaqı təşkilatlarının öz üzvlərinə verdikləri məsləhətləri odur ki, universitetə daxil olduqları andan etibarən öz karyeralarını düşünsünlər ki, gələcəkdə onlardan iş təcrübəsi tələb ediləcək. Bunun üçün hələ tələbə vaxtı təhsil aldığı ixtisas üzrə könüllü işlərdə işləyib təcrübə qazansınlar. Könüllü kimi qeydiyyata düşüb əmək kitabçalarında iş təcrübəsi yazılsın. Birdən-birə yüksək maaşı almaq mümkün deyildir. Öncə ixtisas üzrə yaxşı təcrübəyə malik olmaq, treninq və seminarlarda iştirak etmək lazımdır. Gələcəkdə iş müsahibələrinə gedərkən, bu, onların mövqeyini daha da gözəl ifadə etməyə imkan yaradar.

Məlumdur ki, gənclər öz ölkəsinin gələcəyi, ən əsas innovativ potensialı və əmək resursudur. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. XXI əsr – gənclər əsridir. Planetin ümumi əhalisində gənclərin sayı kəskin artıb. Müasir dövrdə ölkələr öz əhalisinin, o cümlədən gənc­lərin tam məşğulluğunu təmin etməyə çalışır. Lakin bu gün dünyanın  hər bir ölkəsində, o cümlədən  Azərbaycanda COVID-19 koronavirus bəlası ilə bağlı milli iqtisadiyyatda və əmək sahəsində getdikcə dərin dəyişikliklər baş verir. Vəziy­yətdən aktiv çıxış yolları axtarılır. Ümidlə demək olar ki, yeni təşəbbüslər əsasında Azərbaycanda gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmil­ləşdirilir. Sosial tərəfdaşlıq prinsipi əsasında bazar iqtisadiyyatının tələblərinə uyğun bilik və bacarıqlara malik olan gənc işçi qüvvəsinin formalaşdırılması, onların əmək bazarında fəal iştirakı üçün bütün maneələrin aradan qaldırılması həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsul­darlığının artmasına imkan yaradacaq və ümumən ölkənin gələcək iqtisadi inkişafında fəal rol oynayacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GENDER PROBLEMLƏRİ, “COVID-19” PANDEMİYASININ

GENDER BƏRABƏRSİZLİYİNƏ TƏSİRİ

 

COVID-19 pandemiyası əmək bazarında kişilərə nisbətən qadınlara daha çox zərər vermişdir. Səhiyyə sahəsinin əksəriyyətini təşkil edən qadınlar koronavirusla mübarizənin ön sırasında qaldılar. Epidemiya əmək bazarındakı gender bəra­bər­sizliyini və məişət zorakılığı problemini daha da gərginləşdirdi.

Aprel-may aylarında məşğulluq xidmətlərinə işsiz kimi müraciət edənlərin sayı 400 min artaraq 600 min nəfərə çatdı. Bu sırada “Qadın” işsizliyi daha sürətlə artır. Əgər aprel ayında qadınlar arasında işsizlərin nisbəti kişilərlə müqayisədə 6,4% -ə qarşı 5,4% az idisə, bir ay sonra vəziyyət dəyişdi.Karantin dövründə xidmət sektoru xüsusilə zərər gördü: bərbərlər, kafelər, dükanlar bağlandı. Rəsmi statisti­kaya görə, qadınlar məhz qida xidməti, pərakəndə satış, mehmanxana biznesi və digər xidmət sahələrində çalışanların 60-70%-ni təşkil edir.

Qadınlar arasında işsizlik payının artmasının bir izahı var: işdən kənarlaşdırma və işdən çıxarma prosesləri eyni vaxtda baş vermədi. Analitiklərin məlumatına görə, mart-aprel aylarında məhdudiyyətlərin nə qədər davam edəcəyi hələ tam bəlli olmadığı təqdirdə, işəgötürənlər öz işçilərini vaxtaşırı məzuniyyətə göndərirdilər (əsasən ödənişsiz). May-iyun aylarında isə bu kimi “istirahət edənlərin” bir qismi işsiz qaldı. Pandemiya zamanı təhlükəli hesab edilən təmizləyicilərin, dayələrin, köməkçilərin fəaliyyəti dayandırıldı. Ənənəvi olaraq “qadın” peşələri sayılan ofisiantlar, aşpazlar, xadimələr, administratorlar ən az tələb olunanlar sırasına düşdülər.

Daha çox çətinliklər aşağımaaşlı qadın işçilərin, xüsusilə – tək anaların, çoxuşaqlı ailələrin, miqrantların üzərinə düşür. Hətta cari ildə AHİK-ə yardım məqsədilə daxil olmuş 1307 müraciətdən 584-ü  qadınların payına düşür. Onların əksəriyyəti qaçqın, köçkün və azmaaşlılardır. Həyat yoldaşları əsasən inşaatda, nəqliyyatda, turizmdə, təhsildə çalışanlardır.

 

Karantin dövründən sonra işçilərin gəlirlərinin böhrandan əvvəlki səviyyədə olması ehtimalı çox azdır. Özəl qurumlar və xidmət sahələrinin işçiləri öz müraciətlərində bildirirlər ki, təşkilatları açılsa da, maaşlarının eyni olmayacağı məlum olur. Bir çoxları iş yerindən ayrılır ki, onlara əməkhaqqının azaldılması barədə razılaşma imzalamaq təklif olunur.

Mütəxəssislər qadınların daha çox xidmət sektoruna, tibbə, təhsilə və iqtisadiy­yatın digər sahələrinə gəlməsini əmək bazarında gender seqreqasiyası ilə izah edir. Məşğul əhalinin gender bölgüsündə səhiyyə və təhsil sahəsində qadınların üstünlüyü (müvafiq olaraq 75,1 faiz və 71,4 faiz), tikinti və mədənçıxarma səna­yesində isə kişilərin üstünlüyü (müvafiq olaraq 88,8 faiz və 83,5 faiz) özünü göstərir.Artıq ənənəvi “qadın” və “kişi” peşələrimövcuddur. Bu zaman, “qadın” işi pərdə arxası olaraq, azdəyərli hesab olunur və bu, əməkhaqqında özünü göstərir. Bundan əlavə, ev məsuliyyətlərinin qeyri-bərabər paylanması və ayrı-seçkilik qadınlara karyera qurmağa əhəmiyyətli dərəcədə mane olur. Nəticə etibarilə hər hansı iqtisadi sarsıntı kişilərdən daha çox qadınlara təsir göstərir. Bu böhranın da gender ölçüsü mövcuddur.

Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqa­mətində ciddi addımlar atılır. Son illər ölkədə qadın və kişilər arasında bəra­bərliyin təmin olunması müsbət qiymətləndirilə bilər. Baxmayaraq ki, qadınlarımız bütün ictimai sferalarda, siyasətdə və biznesdə iştirak edir, pozitiv dəyişikliklər baş verir, amma hələ də görüləcək işlər (xüsusilə ölkənin region­larında) çoxdur.

Hazırda gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan Respublikasının da aktual problemləri sırasında durur. Problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə yol açır.

 

 

 

 AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI TƏRƏFİNDƏN PANDEMİYA NƏTİCƏSİNDƏ YARANAN YENİ ŞƏRAİTDƏ İŞ YERLƏRİNDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR

 

Əməyin təhlükəsizliyi tələblərinə riayət etmək bütün hallarda təkcə işçilərin deyil, həm də işəgötürənlərin başlıca vəzifələridir.

Pandemiyanın şərtləri çətin fövqəladə şəraitdə qarşıda duran vəzifələrin operativ həllini, əməyin təşkilinə, istehsalat proseslərinə və sosial müdafiəyə yeni yanaş­malar diktə edən, təhlükəli faktorların yaranacağı nəzərə alınmaqla,çevik və səmərəli əks tədbirlərin qəbul edilməsini və adaptasiyasını tələb edir. Qarşıya qoyulan məsələlərin həlli yalnız Beynəlxalq Əmək Təşkilatının tövsiyə və tələbləri əsasında müəyyən bir iş təcrübəsi olduqda mümkündür.

İş yerlərində əməyin təhlükəsizliyi məsələləri Azərbaycan həmkarlar ittifaq­ları­nın fəaliyyətində prioritet sahələrdən biridir. AHİK muzdlu işçilərin sosial-iqtisadi maraqlarını müdafiə edərək əmək və sosial münasibətlərin yenidən qurulmasına əhəmiyyətli töhfə vermişdir. Sosial tərəfdaşlarla əməkdaşlıq, hökumət və işəgötü­rənlər birliyi ilə baş sazişin, müəssisə və təşkilatlarda sahə və kollektiv müqavi­lələrin bağlanması önəmli fəaliyyət istiqaməti olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində fəallığı artırmaq üçün bir sıra tədbirlər həyata keçirmişdir. 2001-ci ildə yeni yaradılmış Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sosial müdafiədə iştirak etməyə dəvət edilmişdir. 2016-cı ildə AHİK-in təşəbbüsü ilə layiqli əməyin prioritet istiqamətlərinin, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik, sağlamlıq, ətraf mühit və ekologiya problem­lərinin həlli üçün Sosial və İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiya yaradılmışdır.

Bu komissiya öz fəaliyyəti ilə ölkədə demokratik prinsiplərin tətbiqi və möhkəm­­ləndirilməsinə, vətəndaş cəmiyyətinin ölkə həyatında iştirakının genişlən­dirilməsinə, ölkə resurslarının daha səmərəli və mütərəqqi üsullarla idarə edilməsi və istifadəsi istiqamətində aparılan siyasətə dəstək verir. Komissiya sosial tərəf­daşlıq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxarır.

AHİK tərəfindən tərəfdaşlara təklif olunan: “Texniki təhlükəsizlik”, 2010-cu ildə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında «İcbari sığortalar haqqında» qanunlar Milli Məclis tərəfindən qəbul edilmişdir.

Çoxsaylı danışıqlardan sonra 2015-ci ildə «İstehsalatda bədbəxt hadisələrin araşdırılması və uçotu Qaydaları»na istehsalatda stres halları nəticəsində  baş verən infarkt və insult kimi xəstəliklərin araşdırılması ilə bağlı əlavələr edilib.

2017-ci ildə “İşçilərə müalicəvi profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsulların pulsuz verilməsi üçün ağır və zərərli əmək şəraiti olan istehsalatların Siyahısı”nın yeni versiyası qəbul olunub. 2019-cu ildə «Dövlət Əməyin Mühafizəsi Fondu» yaradılıb.

AHİK-in 2018-2019-cu illər üçün Baş Sazişdəki çıxışı və “Əməyin təhlü­kəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında” BƏT-in 155 saylı Konven­siyasının ratifikasiyasına hazırlıq üzrə fəaliyyəti Sosial-İqtisadi Məsələlər üzrə Komissiyanın iclasında sosial tərəfdaşlar tərəfindən dəstəklənmiş və yaxın gələcəkdə dövlət orqanlarına göndəriləcəkdir.

Qanunvericilik və normativ aktların təkmilləşdirilməsi məqsədilə Əmək və Vergi məcəllələrinə əməyin mühafizəsi xidmətlərinin  yaradılması zamanı işçilərin say reqlamentinə, temperatur reqlamentinə dəyişikliklər, ilin soyuq və isti vaxt­larında işlərə xitam verilməsi, zərərli əmək şəraitində işləyən şəxslərə profi­laktik qidaların alınmasına görə müəssisələrdən vergitutmanın aradan qaldırılması, tədris müəssisələrində əməyin və ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərin hazır­lanması və ixtisasının artırılması həyata keçirilmişdir.

AHİK həmkarlar ittifaqı təşkilatlarına kollektiv müqavilənin bağlanması işində köməklik məqsədilə mütəmadi olaraq tövsiyələr hazırlayır. İctimai müvəkkillər, əməyin mühafizəsi komissiyasının üzvləri, ilk həmkarlar ittifaqı komitələrinin sədrləri üçün metodik bir dərslik hazırlanmışdır.

AHİK BƏT-in Layiqli İş Proqramı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş cari 30 illik tapşırıqlarının icrasına başlayaraq İcraiyyə Komitəsinin qərarı ilə “Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyətinin əsas prioritet istiqamətləri” ni təsdiqlədi.

Beynəlxalq həmkarlar ittifaqları hərəkatının, BƏT-in ənənələrini davam etdirən AHİK öz diqqətini əməyin mühafizəsi sahəsində mədəniyyətin profilaktikasının inkişafına yönəldərək 1990-cı ildən etibarən müxtəlif mövzulara həsr olunmuş müsabiqələr keçirir. 2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi(təşkilatı)» adı uğrunda müsabiqə keçirilir. 2009-cu ildə müsabiqədə 119 müəssisə iştirak etmiş və onlardan 8-i qalib olmuşdursa, 2019-cu ilin yekunlarına görə iştirakçıların sayı 2720-ə, qaliblərin sayı isə 50-ə qədər artmışdır. Keçirildiyi bütün müddət ərzində 443 müəssisə mü­sabiqənin qalibi olmuş və sosial tərəfdaşların iştirakı ilə keçirilən tədbirlərdə Fəxri diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

AHİK əməyin mühafizəsi (28 Aprel), layiqli əmək uğrunda hərəkat
(7 Okt­yabr) ümumdünya günlərinə həsr olunmuş beynəlxalq aksiyalar Plat­formasından bəhrələnərək həmkarlar ittifaqı fəallarının təhsilinə (tədrisinə) böyük diqqət yetirir. 2004-cü ildən bəri hər il hazırlanan tematik tədbirlər planına əsasən, əməyin mühafizəsinin müxtəlif aspektləri üzrə seminarlar, toplantılar, dəyirmi masa və yoxlamalar keçirilir. Əməyin təhlükəsizliyi, mövcud problemlər, əməyin mühafizəsi sahəsinə aid vəzifələr və onların həlli yolları barədə işçilərin məlumat­lı­lıq səviyyəsini aydınlaşdırmaq məqsədilə 2016-cı ildən başlayaraq seminar iştirakçıları arasında anonim sorğu keçirilir.

2016-cı ildə layiqli əmək üzrə aksiyaların nəticələrinə və respondentlərin 87%-i tərəfindən verilmiş təkliflərin yekunlarına görə, əməyin mühafizəsi ilə bağlı kollektiv müqavilələrə daxil edilmiş tədbirlərə riayət etmədiklərinə görə işəgötü­rən­lərə etimad göstərilməməsi hüququnun qanunla həmkarlar ittifaqına verilməsi məsələsinin qanunvericilikdə təsbit edilməsinə, AHİK-in təkrar müraciətlərindən sonra yalnız 2019-cu ildə Dövlət Statistika Komitəsinin 2020-ci ildən milli sta­tistikaya kollektiv müqavilədə əməyin mühafizəsi sahəsində genişləndirilmiş sosial təminatlara maliyyə vəsaitlərinin xərclənməsi haqqında göstəricilərin daxil edilməsinə, eləcə də dövlət hesabatlarının həmkarlar ittifaqı komitələri və əmək kollektivləri ilə yazılı şəkildə təsdiqlənməsinə nail olunmuşdur.

Bu yenilik kollektiv müqavilələrin öhdəliklərinin icrası üzərində dövlət, həm­karlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin edəcəkdir.

«Əməyin mühafizəsi: «Gənc işçilər xüsusilə həssasdır» adlı 2018-ci il Beynəl­xalq aksiya dinləyicilərinin anonim sorğusuna əsaslanan AHİK həmkarlar ittifaqı orqanlarına növbəti kollektiv müqavilə kampaniyası dövründə bir sıra təkliflərlə yanaşı, təhsil müəssisələrinin məzunları üçün zəmanətli iş yerlərinin təşkilinə xüsusi diqqətin ayrılmasını, habelə gənc mütəxəssislərin əmək bazarına daxil olması üçün işəgötürənlərin təhsil müəssisələri ilə sıx əməkdaşlıq aparmasını tövsiyə etmişdir.

2019-cu ildə keçirilən «Əməyin mühafizəsi və əməyin gələcək sferası» adlı Beynəlxalq aksiya və BƏT-in təşəbbüsü olan «Əməyin gələcək sferası» həmkarlar ittifaqı mərkəzini «2030-cu ilədək olan dövr üçün əməyin və ətraf mühitin  mühafi­zəsinə dair qanunvericiliyə əməl olunmasının səmərəliliyinin artırılması istiqa­mətində həmkarlar ittifaqlarının fəaliyyətinin inkişaf Konsepsiyası»nı hazırlamağa yönəltmişdir.

Ümumdünya Əməyin Mühafizəsi Gününün yekun tədbiri hər il sosial tərəf­daşlarla birgə keçirilən respublika aksiyasıdır.

Bu iş təcrübəsi həmkarlar ittifaqı orqanlarına iş yerlərində sağlam və təhlükəsiz şəraitin yaradılmasında müəyyən uğur əldə etməyə yardım edir. Yalnız son 2 ildə, 2018-2019-cu illər ərzində texniki əmək müfəttişləri tərəfindən qanunvericiliyin tələbləri baxımından ən çox zərər çəkən 1139 müəssisə və təşkilatda yoxlamalar aparılmışdır.

Həmkarlar ittifaqının tələbi ilə 4869 iş yerində həyata keçirilmiş attestasiya 452 vahid texnoloji avadanlıq, maşın və mexanizmlərin standartlara uyğunlaş­dırıl­masını, 2569 işçinin əlverişsiz iş şəraitindən uzaqlaşdırılmasını və yoxlama apa­rılan müəssisələrdə hər on üçüncü işçi üçün risk faktorunun aradan qaldırıl­masını təmin etmişdir.

Həmkarlar ittifaqı bütün dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı səmərəli iş aparır.

Xəstəliklərin qarşısının alınmasında və profilaktikasında iştirak etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini, BƏT-in, ÜST-ün və digər beynəlxalq təşkilatların tövsiyələrini rəhbər tutaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (may, 2020-ci il) bütün sahə həmkarlar ittifaqı təşki­latlarına «Pandemiyanı dayandırmaq: iş yerlərində təhlükəsizlik və sağlamlıq insanların həyatını xilas edə bilər» devizi altında tövsiyələrini göndərmişdir.

İşçilərin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair sürətlən­diril­miş və koordinasiya olunmuş addımların atılması məqsədilə, sahə həmkarlar ittifaqı orqanlarına işəgötürənlərlə birlikdə konstruktiv sosial dialoqdan istifadə edərək, bir sıra səmərəli konstruktiv tədbirlərin hazırlanmasında iştirak etmək, habelə çətin epidemioloji vəziyyətlərə hazırlığı təmin etmək üçün hər bir müəs­sisədə əməyin mühafizəsinin idarəetmə sisteminin yenidən nəzərdən keçi­ril­məsi təklif edilmişdir.

Bundan əlavə, görülən tədbirlər və işçilərin təhlükəsiz iş metodlarının aparılması barədə nə dərəcədə məlumatlı olduqlarını təhlil etmək üçün həmkarlar ittifaqlarına əvvəlcədən hazırlanan və təklif olunan anketə əsasən, işçilər arasında vaxtaşırı anonim sorğu keçirmək təklif edilmişdir.

Sorğunun nəticələrindən istifadə edərək və yeni təhlükəli istehsal amillərinin meydana gəlməsi əsasında əməyin yeni təşkilinə və istehsalat proseslərinə görə zəruri tədbirlərin işlənib hazırlanmasında və müəssisələrin mürəkkəb fövqəladə vəziyyətlərə hazırlığında iştirak etmək həmkarlar ittifaqı təşkilatlarına təklif edil­mişdir.

Yoluxucu xəstəliklərin təhlükəsizliyi tələblərinə riayət olunmasını təşviq etmək və epidemiyanın yayılmasının qarşısını almaq üçün Azərbaycan Həmkarlar İt­ti­faqları Konfederasiyası sahə həmkarlar ittifaqlarının dəstəyi ilə geniş tirajla plakatların (dörd növ) buraxılışını təmin etmişdir ki, onlar da həmkarlar ittifaqının xidmətində olan müəssisə və təşkilatlarda, habelə xüsusi təyin olunmuş yerlərdə respublika əhalisinə nümayiş etdirilir.

Öz növbəsində AHİK-in, “Əməyin və istehsalın  təhlükəsizliyi üzrə peşəkar məs­ləhət qrupu” kollektivinin iştirakı ilə pandemiyanın müxtəlif ssenariləri zamanı  təhlükəsizlik tələblərinin qaydalarının qorunması üzrə kompleks tədbirlər planı işlənib hazırlanmışdır. Bu təcrübə öyrənilmiş və kommunal, kənd təsərrüfatı, inşaat kompleksi, avtomobil yollarının tikintisi, bələdiyyə orqanları və s. kimi sahə həmkarlar ittifaqı orqanlarının xidmətində olan idarə və müəssisələrdə geniş yayılmışdır.

Bu iş həmkarlar ittifaqı mərkəzinin və sahə həmkarlar ittifaqı orqanlarının nə­zarətindədir. Nəticələrə həm bu il dekabrın 15-də, həm də 2021-ci il may ayının 15-də baxılacaqdır.

Təhlillərin göstərdiyi kimi,pandemiyanın nəticələri bəzi pozuntuları aşkara çixartdı ki, bu da gələcəkdə əməyin mühafizəsinin gücləndirilməsi sahəsinə həmkarlar ittifaqları tərəfindən ictimai nəzarətinin artırılmasını tələb edir.

Epidemiyadan zərərçəkmiş işçilərin müdafiəsini həyata keçirmək, eləcə də təh­lükəsiz iş yerlərinin yaradılmasına  və digər məsələlərə dövlətin, ictimaiyyətin, həm­karlar ittifaqının nəzarətinin səmərəliliyinin gücləndirilməsi məqsədilə  aşağı­dakı problemlərin həlli məqsədəuyğun hesab olunur:

1.Pandemiya zamanı əmək qabiliyyətini itirən işçilərin, ailə başçısını itirən ailə üzvlərinin sosial  müdafiəsi;

Bu  problem üzrə işləyənlərin üç qrupunu nəzərdən keçirmək təklif olunur:

Birinci-infeksiyaya yoluxmuşlarla və yoluxma ehtimalı yüksək olanlarla bila­vasitə təmasda olan peşələr və vəzifələr;

İkinci-yoluxucu xəstəliklər keçirən işçilər;

Üçüncü – stresin təsiri altında iş qabiliyyətini itirən işçilər.

Birinci qrupun işçiləri milli peşə xəstəlikləri siyahısına daxil edilmək üçün BƏT-in 194 saylı “Peşə xəstəliklərinin siyahısı haqqında, peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələrə dair xəbərdarlıq” Tövsiyəsinin əhatə dairəsinə düşür. İş qabiliyyətinin itirilməsi “Təhqiqatın qaydaları və peşə xəstəliklərinin qeydiyyatı”na əsasən təhqiq olunur. Bu halda Əmək Məcəlləsində Səhiyyə Nazirliyinin vəzifələri nəzərdən keçirilməli, Qaydalar işlənib hazırlanmalı və həm­karlar ittifaqlarının iştirakı ilə komissiya təhqiqat aparmalıdır.

İkinci və üçüncü işçi qruplarının əmək qabiliyyətinin itirilməsinin təhqiqati fəaliy­yətdə olan “İstehsalatda bədbəxt hadisələrin qeydiyyatı və təhqiqat qay­daları”na əsasən aparılır, iddiaçı artıq Qaydalarda əks olunmuşdur.

Üçüncü qrup üzrə – Qaydalara əsasən infarkt, insult, stres təsirlərinin nəticələri təhqiq olunmalıdır. Qeyd olunan xəstəliklərin siyahısına stres nəticəsində olan «digər xəstəliklər” sözləri əlavə olunmalıdır.

Bütün üç qrupda nəzərdən keçirdiyimiz hallarda qüvvədə olan «Peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsinə dair icbari sığorta haqqında”qanunda, belə sığorta olmadığı halda, Əmək Məcəlləsində dəyən ziyanın ödənilməsi nəzərdə tutulmalıdır.

 

  1. İş yerlərində əməyin mühafizəsinin təmin olunmasına nəzarət-profilaktika işlərinin gücləndirilməsi;

Burada əməyin mühafizəsi xidmətinin statusunu qaldırmaq, onun nazirliklərdə, idarələrdə olduğu kimi, müəssisə və təşkilatlarda da əsas struktur bölməsinə aid edilməsi;

– 1000 nəfərdən çox insanın çalışdığı bütün müəssisələrdə  gigiyena üzrə həkim vəzifəsi tətbiq olunması nəzərdən keçirilməlidir.

 

  1. Sağlam və təhlükəsiz əmək şəraitinə görə işəgötürənlərin məsuliyyəti və iqti­sadi güzəştlərin nəzərdə tutulması;

– bədbəxt hadisələr baş verdikdə, əməyin təhlukəsizliyinin səviyyəsi sistematik şəkildə yaxşılaşdıqda və ya pisləşdikdə differensiallaşdırılmış sığorta tariflərinin tətbiq edilməsi;

– fərdi müdafiə vasitələrinin alınmasına yönəlmiş xərclər müəssisənin gəlir­lərinin vergi qoyulmuş hissəsindən çıxarılması təklif olunmalıdır

 

  1. Əmək şəraiti üzrə beynəlxalq statistika normalarının təkmilləşdirilməsi.

Dördüncü məsələ üzrə BƏT-in İnzibati Şurasına AHİK –in təklif etdiyi  və Res­publika Statistika Komitəsinin qəbul etdiyi əlavələrə dəstək olaraq  BƏT-in “Əmə­yin statistikası haqqında”160 saylı Konvensiyasının formullarına yenidən baxıl­ması haqqında müraciəti müzakirə edilsin, belə ki:

– əməyin mühafizəsi və şəraiti sahəsində statistik hesabatın tətbiqi, əmək qanunvericiliyindən fərqli olaraq kollektiv müqavilədə nəzərdə tutulmuş əməyin mü­hafizəsi sahəsində genişlənmiş sosial təminatlara  maliyyə xərcləri haqqında mütləq  məlumatların təqdim edilməsi məqsədəuyğun hesab edilsin və statistik hesabatlarda öz əksini tapsın.

 

  1. İşçilər, xüsusilə həssas qruplar, həmçinin bəzən sağlamlığın psixoloji vəziy­yəti üçün ciddi nəticələrə səbəb olan olduqca böyük stres altında işləyənlər üçün gözlənilməz sağlamlıq risklərini minimuma endirməyə imkan verən iş şəraiti yaradılmasına nail olunması,

 

  1. Distant iş rejimində çalışanlar da daxil olmaqla, işçilərə maddi, mənəvi, psi­xoloji yardımın göstərilməsinin nəzərə alınması.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

COVID-19 PANDEMİYASINA QARŞI MÜBARİZƏDƏ İŞÇİLƏRIN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI ÜÇÜN AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASIYASI TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR

 

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sahəsində bəşə­riy­yətin başı üstünü almış COVID-lə mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul etmiş, daxili imkanlardan bacarıqla bəhrələnərək vəziyyəti nəzarətdə saxlaya bilmişdir.

Mənşəyi məlum olmayan, dünya səhiyyəsinin indiyə qədər rastlaşmadığı viru­sun ən azı yayılma miqyasının qarşısını almaq olduqca çətin, hətta mümkünsüz hesab edilirdi. Təsadüfi deyil ki, iqtisadi baxımdan güclü dövlətlərin bir çoxu COVID-19-un törətdiyi fəsadları müşahidə etməklə kifayətləndi. Vaxtında çevik tədbirlər görə bilmədiklərindən həmin ölkələrdə bu virus hər gün onlarla insanın həyatına son qoyur, yoluxanların sayı artmaqda davam edir. Yalnız vaxtında pan­demiyanın təhlükəsini hiss edib, lazımi təşkilati tədbirlər görən dövlətlər vəziy­yətdən az itkilərlə çıxmağı bacardılar.

Azərbaycan dövləti də pandemiyaya qarşı mübarizəni əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətlərində qurmaqla bu dövlətlər sırasında yer tutdu.

Pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqları da əsaslı tədbir həyata keçirmişdir. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər edərək müəyyən addımlar atmışdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı işəgötürən tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alın­ması məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Res­pub­likası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə Bildiriş göndərilmişdir.

Martın 23-də AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə keçir­diyi müşavirədə profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradıldı.

İcraiyyə Komitəsinin yığıncağında qeyd edilmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu çətin günlərdə  hər bir həmkarlar ittifaqı üzvünün,  aztəminatlı ailənin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.  Hər bir həmkarlar ittifaqı təşkilatı və orqanının rəhbəri pandemiya şəraitində karantin məhdudiyyətlərinə hər kəs tərəfindən əməl edilməsi üçün işlər və aztəminatlı ailələrə, yaşlı insanlara maddi yardımların göstərilməsi işi daha da genişləndirilməlidir.

Bütün bunlarla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatların, o cümlədən Pan Avropa Regional Şurasının və Beynəlxalq Əmək Təşkilatının üzv ölkələrin həmkarlar ittifaqı təşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik səviyyəsində fəal iştirak edərək, respublikamızda koronavirusla mübarizə sahəsində atılan addımlar və Azərbaycan həmkarlar ittifaqlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara geniş məlumat vermişdir. Hər iki beynəlxalq təşkilat bu sahədə respublikamızda həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Pandemiya dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Operativ Qərargah tərəfindən yaradılmış Qrupun işəgötürənlərə ünvanladığı Bildiriş bütün üzv təşkilatlara göndərilmişdir.

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alın­ması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə maddi dəstək göstərmişdir.

Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavi­rusla Mübarizəyə Dəstək Fonduna 410 min manat və Naxçıvan Muxtar Respub­likasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 205 min manat vəsait köçürmüşdür. Eyni zamanda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10.000 manat köçürülmüşdür.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanmışdır.

Koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alan sahə həmkarlar ittifaqı bu kateqoriyadan olan işçilərin pandemiya dövründə sosial problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Səhiyyə sahə­sində fədakarcasına çalışan 4699 tibb işçisi  ailəsinə 164.157 manat, 12.443 nəfər tibb işçisinə isə 743.112 manat maddi yardım edilmişdir. 138.675 ədəd qoruyucu vasitə paylanmışdır. Qoruyucu vasitələrə 113.085 manat sərf edilmişdir.

Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.204.445 manatdan çox vəsait xərclənmişdir.

Bu gün yeni növ koronavirusun (COVID-19) bütün dünyada yayılmasının qarşısını almaq üçün görülən tədbirlər tələbin və iqtisadi dinamikliyin zəifləməsinə gətirib çıxarmışdır. Genişmiqyaslı məhdudiyyət siyasəti istər-istəməz biznes sektorunun zəifləməsinə, maliyyə şoklarının yaranmasına (fond bazarları, kredit standartları) və ictimai istehlakın azalmasına, beləliklə də, böyük iqtisadi ziyana səbəb olmuşdur.

Pandemiya dünya iqtisadiyyatına böyük zərbə vurur. Ümumdünya Bankının məlumatına əsasən, 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı 5,2 faiz aşağı düşmüşdür. Bu isə iqtisadiyyatın II Dünya müharibəsindən sonra ən dərin tənəzzülü, əksər ölkələrdə adambaşına istehsalın həcminin azalmasına səbəb olan amil kimi səciyyələndirilir. Belə təsirlər Azərbaycandan da yan keçməmişdir. Beynəlxalq ticarət, nəqliyyat (hava, avtomobil) turizm, otellər, restoranlar, oflayn xidmətlər və əyləncə (bərbərlik, fitness, idman, teatr, kino və s.) pandemiya dövründə ən çox zərər çəkən sahələrdir.

Karantin rejimi ilə bağlı bəzi sahələrin fəaliyyətlərinin məhdudlaşdırılması həmkarlar ittifaqlarına daxil olan üzvlük haqlarının azalmasına səbəb olmuşdur. Bu da ümumilikdə həmkarlar ittifaqlarının maliyyə vəziyyətinə təsirini göstərmişdir. Belə ki, 2020-ci ilin altı ayı ərzində bəzi həmkarlar ittifaqlarına daxil olan üzvlük haqlarının miqdarı müvafiq olaraq ötən ilin altı ayı ilə müqayisədə azalmışdır, yəni Bələdiyyə İşçiləri HİRK-də 21,2%, “İnşaat-İş” Həmkarlar İttifaqında 29,2%, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri HİRK-də 10,9%, «Baku Stil Kompani» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyində 17,2%, Aviasiya İşçiləri HİRK-də 4,7% olmuşdur.

Bəzi həmkarlar ittifaqlarında üzvlük haqların miqdarının azalmasına səbəb isə ayrı-ayrı müəssisə və təşkilatların, o cümlədən özəl turizm və xidmət sahələrinin pandemiya ilə bağlı fəaliyyətinin dayandırılması, bəzi sahələrdə istehsalın azalması, işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi, bəzi müəssisə rəhbər­lərinin isə üzvlük haqlarının vaxtında həmkarlar ittifaqının hesabına   keçiril­məsində tutduqları mövqe və digər məsələlərdir. Yaxşı haldır ki, bu müddətdə ayrı-ayrı sahə həmkarlar ittifaqında üzvlük haqlarının toplanılmasında, əvvəlki illə müqayisədə, azalma müşahidə olunsa da, ittifaq üzvlərinin sayının azalması və ya həmkarlar ittifaqıtəşkilatlarının ləğv olunması halı baş verməmişdir. Bunun başlıca  səbəbi ölkə Prezidentinin işəgötürənlərə COVID-19 müddətində əhalinin məşğul­luğunun diqqətdə saxlanılması, işçilərin işdən çıxarılmaması və ixtisara salınması hallarına yol verməmək barədə etdiyi tövsiyədir.

Təbii ki, koronavirus həm vətəndaşlar, həm də müəssisələr üçün uyğunlaşmalı olacaqları yeni gerçəkliklər yaratdı. COVID-19 pandemiyası planetdəki insanların yalnız sağlamlığı üçün deyil, həm də işçilərin əmək hüquqlarına riayət edilməsi istiqamətində birbaşa təhlükəyə çevrilmişdir.

Həmkarlar ittifaqları olaraq, bizi  pandemiyadan sonrakı dövr daha çox maraq­landırır. Çünki pandemiyadan sonrakı dövr üçün əmək bazarı haqqında olan proqnozlar heç də ürəkaçan deyil. BƏT-in hesablamalarına görə, dünyada təqribən 25 milyon insan iş yerlərini itirəcək və dünya ticarətinin həcmi təxminən üç dəfə azalacaqdır. Doğrudur, respublika rəhbərliyinin işçilərin sosial problemlərini, o cümlədən onların məşğulluğunu diqqətdə saxlamaları nəticəsində bizdə bu sahədə vəziyyət o qədər də məyusedici deyildir. Məsələn, respublika üzrə son 5 ay ərzində yalnız 476 nəfər işçi işini itirmişdir. Təbii ki, bu tendensiyanın gələcəkdə artmaqda davam etməsi sonda bəzi həmkarlar ittifaqı təşkilatlarının ləğvinə də səbəb ola bilər. Ona görə də pandemiyanın ilk günlərindən başlayaraq AHİK və üzv təşkilatların şəhər, rayon və həmkarlar ittifaqı təşkilatları ilə keçirdiyi maariflən­dirici tədbirlərdə işəgötürənlərə bu sahədə müəyyən işlərin aparılması tövsiyə edilmişdir. Bu gün işçilərin dəstəklənməsi üçün addımlar atılması zəruridir, bunun üçün həmkarlar ittifaqı təşkilatları və işçilər arasında təcrübə və informasiya mübadiləsi gücləndirilməli, onların problemləri ön plana çəkilməli və sosial məsələlərin maksimum həllinə nail olunmalıdır. Bu müstəvidə həm hökumətin, həm işəgötürənlərin və həm də həmkarlar ittifaqı nümayəndələrinin yolları kəsişir. Əsas məsələ isə mövcud vəziyyətdə həmkarlar ittifaqı üzvlərinin sayının azal­masına imkan verməyən, onları təmsil edən həmkarlar ittifaqı təşkilatlarının normal fəaliyyət göstərməsinə şərait yaradan işçilərin iş yerlərini itirməsinə mane olan addımların atılmasından ibarətdir.

Bu addımlara nümunə kimi, fəaliyyətini davam etdirən müəssisə üçün dövlət sifarişlərinin sürətləndirilməsi, dövlət proqramlarına qoyulan investisiyaların artırılması və maliyyə yükünün azaldılması yolu ilə tələbin stimullaşdırılmasını göstərmək olar. Əməliyyat xərclərinin azaldılması, vergi ödəmələrindən azad olunması, əlavə məcburi fasiləsiz iş müddətində muzdlu işçilərə fərdi sahibkarlar tərəfindən aylıq minimum əməkhaqqı qismində müavinət ödənilməsi, ölkənin bütün bölgələrində özünüməşğulluq rejiminin uzadılması təklif oluna bilər. Eləcə də koronavirusla əlaqədar profilaktik tədbirlərə göndərilən işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə onların istehsalat qəzaları və peşə xəstəliklərindən sığorta haqları hesabına maliyyələşdirilməsinə icazə verilməsini təklif etmək olar. Hazırda əmək münasibətlərinə yenidən nəzər yetirilməli və işəgötürən və həm də işçinin maraqlarının balansı müəyyən edilməlidir.

Əvvəlki çoxsaylı böhranların təcrübəsi göstərir ki, tədbirlər genişmiqyaslı olmalıdır. Bu müddətdə əsas rolu isə sosial dialoq oynayacaqdır.

Sosial dialoq, kollektiv müqavilələr və sektor səviyyəsində razılaşmaların yeni məşğulluq sahələrində çalışan insanları qorumaq baxımından hər zamankından daha əhəmiyyətli olacaqdır.

Həmkarlar ittifaqları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında fəaliyyət göstərməli, ilk növbədə karantin rejimi dövrü üçün nəzərdə tutulmuş qaydalara əməl olunmasına nəzarəti gücləndirməlidir. Həmkarlar ittifaqları olaraq işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti artırmalıdırlar.

 

 

SOSİAL DİALOQUN VƏ TƏRƏFDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİ

 

Azərbaycanda sosial tərəfdaşlıq institutu hələ ötən əsrin 90-cı illərinin əvvəl­lərindən yaradılmağa başlamışdır. 1994-cü ildə «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildi. Elə  həmin ildə də Azərbaycan hö­kuməti ilə işçiləri təmsil edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalandı. Mülkiyyət münasibətlərinin dəyişilməsi nəticəsində sahibkarlığın inkişafı və 1999-cu ildə Azərbaycan Respublikası Sahib­karlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının yaradılması işəgötü­rən­lərin də sosial dialoqa cəlb olunmasına və tripartizm prinsiplərinin formalaşmasına şərait yaratdı.

Əməkdaşlığın əsasını  hər şeydən əvvəl Baş Kollektiv Saziş təşkil edir. BƏT-in 98 saylı Konvensiyasına əsaslanaraq Baş Kollektiv Saziş imzalananadək höku­mətin, AHİK-in və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasi­yasının nümayəndələrindən ibarət Üçtərəfli Komissiya yaradılırdı. Bu komissiya bütün mübahisəli məsələləri həll edirdi. Lakin beynəlxalq təcrübə və Baş Kollektiv Sazişin, yəni sosial-iqtisadi siyasət üzrə əsas sənədin həyata keçirilmə təcrübəsi daimi fəaliyyət göstərən və bütün problemli məsələləri kompleks şəkildə həll etmək səlahiyyətinə malik olan bir orqanın yaradılması zərurətini meydana çıxardı.

2010-cu ildən başlayaraq bağlanan Baş Kollektiv Sazişlərdə Azərbaycan həm­karlar ittifaqlarının təşəbbüsü ilə respublikada sosial və iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması məsələsi qaldırılırdı. AHİK-də Komis­siyanın Əsasnaməsinin layihəsi işlənib hazırlandı. Ölkədə  sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədilə sosial dialoqun inkişafına dəstək vermək kimi məsələlər layihədə öz əksini tapmışdı. Həmçinin sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi ilə bağlı məsələlər üzrə mərkəzi icra hakimiyyəti orqanları ilə məsləhətləşmələr aparmaq, zəruri hallarda müvafiq icra hakimiyyəti orqanlarından, həmkarlar ittifaqları və işəgötürənlər birliklərindən məlumatlar almaq, sosial tərəfdaşlıq və sosial-əmək məsələləri üzrə qarşılıqlı tədbirlərdə iştirak etmək və digər məsələlər də Komissiyanın səlahiyyətlərinə aid edilmişdi.

Nazirlər Kabinetinə təqdim  olunan  Əsasnamə layihəsində BƏT-in tövsiyələri,  ekspertlərin müsbət rəyləri, 2014-cü ildə BƏT-in dəstəyi ilə keçirilmiş «Üçtərəfli Komissiyanın üstünlükləri, BƏT-in baxışı, dünya təcrübəsi» mövzusundakı konfransda, eləcə də AHİK tərəfindən respublikanın beş regionunda 300-ə yaxın həmkarlar ittifaqı fəalının iştirakı ilə baş tutmuş seminarlarda səslənən rəy və təkliflər, keçirilən anket sorğularının nəticələri də nəzərə alınmışdır.

Nazirlər Kabineti tərəfindən Milli Üçtərəfli Komissiya yaradılması nəticəsində işçilərin sosial və iqtisadi hüquqlarının müdafiəsinin təşkili üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsində daha əlverişli şərait yarandı.

Bu gün sosial tərəfdaşlarla – işəgötürənlərin və işçilərin nümayəndələri ilə məsləhətləşmələrdə yarana bilən anlaşılmazlıqların aradan qaldırılmasına kömək edən həll yolları meydana çıxa bilər. BƏT-in “Məşğulluq və layiqli iş haqqında” 2017-ci il tarixli Tövsiyəsinə uyğun olaraq, sülh və dayanıqlılıq potensialını təmin etmək üçün böhran vəziyyətlərinə sosial dialoq vasitəsilə cavablar hazırlanmalıdır.

Çətin vəziyyətlərin idarə edilməsində istifadə üçün ən azı üç səbəbdən sosial dialoq əsas vasitə rolunu oynamalıdır. Birincisi, hər üç tərəfin aralarındakı məlu­mat mübadiləsi böhrandan çıxmaq ücün  strateji siyasətin inkişaf keyfiyyətini artırır; ikincisi, sosial dialoq yürüdülən siyasətin sürətləndirilməsini və səmərəli həyata keçirilməsini təmin etməklə  sabitlik hissini gücləndirir; üçüncüsü, sosial dialoq ölkələrdə sosial birlik və davamlılığın bərqərarı, fərqlərin aradan qaldırıl­ması və vəziyyətin yaxşılaşdırması üçün inamın yaranmasına kömək edir.

COVID-19 pandemiyasının bənzərsiz təbiətinə baxmayaraq, məşğulluq və iqtisadi yaxşılaşmanın dəstəklənməsi üçün vaxtında və məqsədyönlü tədbirlərin hazırlanmasında sosial dialoqun rolu ilə bağlı bəzi fikirlər yarana bilər. Xüsusilə 2008-2009-cu illərdəki maliyyə böhranının təcrübəsi bir neçə faydalı anlayışı bizə təqdim edir. Maliyyə böhranının əvvəlindən bəri, sosial dialoqun həm makro, həm də mikro səviyyədə bir çox ölkədə effektiv böhran idarəetməsi üçün vacib bir vasitə olduğu sübut edildi. Müvafiq səviyyələrdə bu  hökumətlərə sosial tərəf­daşlarla məsləhətləşmədə işçilərin iş yerlərini və gəlirlərini qorumağa, müəs­sisələrin dayanıqlığını artırmağa və yaxşılaşmanı sürətləndirməyə kömək edən mühüm stimul paketlərini qəbul etməyə, sektorların qarşılaşdığı xüsusi şərtlərə cavabı uyğunlaşdırmağa, işəgötürənlərə, işçilərə və müvafiq təşkilatlara sahələrdə və müəssisə səviyyəsində mövcud olan xüsusi vəziyyət və problemlərə uyğun innovativ həllər barədə danışıqlar aparmağa imkan verdi. Bu da bəzi zərərçəkmiş müəssisələrin yenidən qurulması tədbirlərinin qəbulu və dəstəklənməsini asan­laşdıran amillərdən biri olmuşdur.

Hökumətlər və işəgötürənlər üçün koronavirusdan sonrakı dövrdə əməyin müha­fizəsi, sağlamlığın və sosial müdafiənin təşkil edilməsi kimi minimum beynəlxalq  əmək standartlarına riayət  olunması zəruridir. Sosial dialoq, kollektiv müqavilələr və sektor səviyyəsində razılaşmaların yeni məşğulluq sahələrində çalışan insanları qorumaq baxımından hər zamankından daha əhəmiyyətli olacaqdır.

Böhrandan sonra dayanıqlı iş modeli yalnız və yalnız dövlətlə tərəfdaşlığa əsas­lanacaqdır. Sosial dialoqun əsas məqsədi iş dünyasında əsas maraqlı tərəflər əsasında konsensus qurulması və demokratik iştirakın təşviq edilməsidir. Uğurlu sosial dialoq prosesləri olan ölkələrin tarix boyu cəmiyyətə dərindən təsir edən iqtisadi böhranları həll etmək potensialı olmuşdur. Keçmiş böhranlardan ibrət götürərək  yaranmış şəraitdə sosial-iqtisadi siyasətin formalaşmasında sosial əmək­daşlığın vacibliyi nəzərə alınmalıdır.

 

 

ƏLAVƏ VƏ TƏKLİFLƏR

 

Bütün yuxarıda sadalananları nəzərə alaraq aşağıda qeyd olunan təklifləri nəzərdə saxlamaq lazımdır:

  1. Böhran sosial dialoqdakı keçmiş maneələri dəf etmək üçün bir fürsət verir, buna görə də tərəfdaşlar fikir ayrılıqlarını kənara qoyub vəziyyətin ciddiliyini nəzərə alaraq əsas prinsiplərə diqqət yetirməyə çalışmalıdırlar.
  2. Müasir texnologiyalar vasitəsilə sağlamlıq risklərinin qarşısını almaq, hökumət və sosial tərəfdaşlar arasında virtual məsləhətləşmələri asanlaşdırmaq üçün tədbirlər həyata kecirmək.
  3. Böhranın ilk mərhələlərində hökumətlər və sosial tərəfdaşlar arasında yaranan etimadı və birliyi poza biləcək hər hansı bir hərəkətin qarşısını almaq üçün hazırlıqlı olmaq.
  4. İş yerlərində COVID-19-un yayılmasının məhdudlaşdırılmasına kömək etmək ücün hədəfli və effektiv profilaktik tədbirlərin hazırlanması ücün işçiləri bu proseslərə yaxından cəlb etmək.
  5. Böhranın təsirinin qarşısının alınması və azaldılması üçün işəgötürənlərə və işçilərə dəstək və məsləhət vermək.
  6. Sosial dialoq, BMT-yə üzv dövlətlərinin «heç kimdən geri qalmamaq» öhdəliyinə uyğun olaraq, ən həssas işçilərin və müəssisələrin qorunma ehtiyaclarını prioritetləşdirməlidir.
  7. Distant iş rejiminin keyfiyyət və səmərəliliyini nəzərə alaraq onu davam etdirmək.
  8. Əməyin təşkilində əsas məqamlara riayət edərək işçilərin distant işləməsinə şərait yaratmaq.
  9. Rəqəmsallaşma və kütləvi distant iş bir çox imkanlar yaratdığından evdə işləyən işçilər üçün işəgötürənlər tərəfindən maksimum iş şəraiti yaratmaq.
  10. Distant işçilər arasında səmərəli ünsiyyəti təmin etmək üçün ünsiyyətin konkret normalarını müəyyənləşdirmək (məsələn, mesajların uzunluğu və təfər­rüatları, gözlənilən cavab müddəti və s.), daxili siyasət və prosedurların bütün əsas dəyişikliklərinin və yenilənmələrinin mərkəzləşdirilmiş yaddaş bankını yaratmaq.
  11. Əksər milli qanunlara və əməyin mühafizəsinə dair kollektiv müqavilələrə (İSG) əsasən, işçilərin təhlükəsizliyini və sağlamlığını təmin etmək.
  12. Pandemiya şəraitində mövcud siyasət yenilənməli, əsas riskləri aradan qaldırmaq üzrə tədbirlərə aid tədris və məlumatlarla təmin edilməli, işçilərin rifah halının yaxşılaşdırılması məsələləri üzrə məsuliyyət daşıyan işçi qrupları yaratmalıdırlar.
  13. Distant iş üzrə işəgötürənlərin və işçilərin məsuliyyət bölgüsü müəyyən­ləş­dirilməli, Əmək Məcəlləsinə təkliflər hazırlanmalıdır.
  14. Xəstəlik və ya yaralanmaya səbəb ola biləcək risk faktorlarını müəyyən­ləşdirmək və aradan qaldırmaq üçün distant işçilərin iş şəraitinin monitorinqini təşkil etmək.
  15. İşçilərin daimi distant işləməsi üçün onların çətinlikləri və ehtiyacları barədə müntəzəm sorğular aparmaq və onlayn təlimlər, veb seminarlar (vebinarlar), seminarlar və təlimlər vasitəsilə xüsusi ehtiyaclarını öyrənmək. Distantişçilər üçün ən aktual olan mövcud kataloqlardakı təlim növlərinə, məsələn, liderlik keyfiy­yətləri, vaxt idarəetmə bacarıqları, kommunikasiya bacarıqlarına üstünlük verilməlidir.
  16. Distant işlə əlaqədar işəgötürənləri və işçiləri dəstəkləmək üçün onlara distant işləmə ilə bağlı müasir, etibarlı və əlçatan məlumatlar verilməli. Müxtəlif növ maliyyə, vergi və digər güzəştlər nəzərdə tutulmalıdır.

17. Distant işçilərin elektrik, rabitə, istilik və ya kondisioner xərcləri və digər xərclərinin ödənilməsi qaydaları müəyyənləşdirilməlidir.