AHİK-in şöbə müdiri öz ərizəsi ilə təqaüdə çıxıb

1829

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin mühafizəsi şöbəsinin müdiri Arqutkin Vladimir Vasilyeviç yaşı ilə əlaqədar olaraq, öz xahişi əsasında tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Arqutkin Vladimir Vasilyeviç 1945-ci ildə anadan olub. O, 1964-cü ildə əmək fəaliyyətinə başlayıb. 1981-ci ildən isə Azərbaycan həmkarlar ittifaqlarında çalışır.

O, dövlət başçısının sərəncamı əsasında Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdiyi xidmətlərə görə, “Tərəqqi” medalı ilə təltif edilib. Həmçinin Azərbaycan həmkarlar ittifaqları hərəkatında səmərəli fəaliyyətinə görə, müxtəlif vaxtlarda “AHİK-in 25 illik yubiley döş nişanı” və “Azərbaycan Həmkarlar İttifaqları-115 yubiley döş nişanı” ilə mükafatlandırılıb.