Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi keçirilib

2496

Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK) Məclisi keçirilib.

Məclisdə təşkilati məsələ müzakirə olunub.

Müdafiə Sənayesi İşçiləri HİRK-nın sədri Röfət Müfid-zadənin ərizəsi nəzərə alınaraq tutduğu vəzifədən azad edilib. Məclis üzvlərinin yekdil qərarı ilə həmin vəzifəyə Seymur Nazim oğlu Mahmudov seçilib.

İyunun 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının bir qrup Rəyasət Heyəti və Məclis üzvləri ilə görüşüb və çıxış edib.

AHİK sədri həmkarlar ittifaqı qarşısında duran əsas vəzifələr, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı Məclis üzvlərinə tövsiyələr verib.