Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Vətən müharibəsində iştirak etmiş AHİK-in əməkdaşını təbrik edib

10743

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Vətən müharibəsində iştirak etmiş AHİK-in Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırovu qəbul edib.

Möhbalıyev işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün R. Bağırova təşəkkür edib və onu mükafatlandırıb.

Həmçinin sədr Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunması münasibətilə onu təbrik edib.

Səmimi qəbula görə AHİK sədrinə minnətdarlığını bildirən R.Bağırov bundan sonra da həmişə Vətənin müdafiəsinə hazır olduğunu bildirib.