AHİK sədri türkiyəli həmkarlarına başsağlığı verib

1176

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyənin həmkarlar ittifaqlarının sədrlərinə başsağlığı verib.

Başsağlığında qardaş Türkiyədə baş verən meşə yanğınları nəticəsində insanların həlak olmasından kədər ifadə olunur, onların ailə üzvlərinə və yaxınlarına uca Allahdan səbr istənilir.

Həmçinin xəsarət alanlara şəfa dilənir, yanğının tezliklə qarşısının alınması və fəsadlarının aradan qaldırılması arzulanır.