AHİK sədri, millət vəkili Səttar Möhbalıyev daxili işlər orqanlarında çalışan əməkdaşlar üçün təbrik məktubu ünvanlayıb

1140

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev 2 iyul-Polis Günü münasibəti ilə daxili işlər orqanlarında çalışan əməkdaşlar üçün təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Sizi və respublikanın daxili işlər orqanlarında çalışan bütün əməkdaşlarınızı  2 iyul-Polis Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ölkə əhalisinin təhlükəsizliyinin, sabitliyin və əmin-amanlığın qorunmasında daxili işlər orqanlarının xüsusi rolu danılmazdır. Müstəqilliyimizin bərpasından sonra Daxili işlər orqnlarının yenidən formalaşdırılması  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında inamlı addımlar atılmışdır.

Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkarlığa qarşı mübarizədə prinsipial mövqe tutmaqla yanaşı, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlətçiliyini qorumaq uğrunda ön sıralarda yer almaqdadır. 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da üzərinə düşən şərəfli missiyanı yerinə yetirmiş, qəhrəmanlıqlar göstərmiş və Vətən uğrunda şəhidlər vermişdir. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda Daxili Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birgə fəaliyyət göstərməkdədir.

Əminik ki, rəhbərliyinizlə daxili işlər orqanlarının əməkdaşları bundan sonra da ölkəmizdə sabitliyi, ictimai asayişi əzmlə qoruyacaq, vətəndaşlarımızın qanuni mənafelərinin  müdafiəsi istiqamətindəki fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Bir daha Sizi peşə bayramınız münasibəti ilə çoxsaylı həmkarlar ittifaqı üzvləri adından təbrik edir, işlərinizdə uğurlar arzulayıram.