AHİK əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

1016

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Aparatının əməkdaşları Bakı şəhərində salınmış Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Əməkdaşlar açıq səma altında salınan parkda Vətən müharibəsi zamanı döyüş meydanında Azərbaycan Ordusu tərəfindən davamlı məğlubiyyətlərə məruz qalan düşməndən ələ keçirilmiş hərbi qənimətlərlə tanış olublar.

Onlar Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlara baxış keçirərək fotolar çəkdirblər. Düşməndən qənimət götürülmüş 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə əməkdaşların marağına səbəb olub.

Qeyd edək ki, bu il aprelin 12-də Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.