Həmkarlar İttifaqları Konfederasiyası yeni kommunikasiya strategiyası hazırlayır

684

Aprelin 14-də Azərbaycan Həmkarlar İttifaqlarında Kommunikasiya Strategiyasının qurulması, sosial media işinin formalaşdırılması, informasiya mübadiləsinin inkişaf etdirilməsi ilə bağlı görüş təşkil olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasında keçirilən görüşdə AHİK-in üzv və tabeçiliyində olan təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AHİK-in Katibi, Aparat rəhbəri Həsən Cəfərov qeyd edib ki, informasiya kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir etmək imkanlarına malik olan mühüm vasitədir:

“Bu şəbəkələr dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, iqtisadi-sosial sektorlarla yanaşı, həm də elm, təhsil, mədəniyyət sahələrinə və insanların gündəlik həyatına təsir göstərəcək gücə malikdir. Son zamanlar idarəetmə sistemində aparılan hərtərəfli və uğurlu islahatlar qurumlarda vahid kommunikasiya siyasətinin formalaşmasını zəruri edir. Azərbaycan Həmkarlar İttifaqları olaraq kommunikasiya siyasətinin qurulması, inkişaf etdirilməsi  nəticəsində fəaliyyətimizin ictimaiyyətə vaxtında çatdırılmasına, üzvlərimizin məmnunluğunun artırılmasına nail olmalıyıq”.

Sonra qarşıda duran vəzifələr, görüləcək işlər barədə AHİK-in Sosial şəbəkələrlə iş sektorunun müdiri Elnur Musayev iştirakçılara məlumat verib. Müzakirə olunan məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.