AHİK rəhbərlərliyi Şəhidlər Xiyabanını ziyarət ediblər

869

Yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev, sədrin 1-ci müavini İlyas Əliyev, müavinləri Aqil Dadaşov, Əbil Ağasıyev, Cavanşir Alxasov, AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında ölkəmizin azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Ziyarət zamanı fikirlərini bölüşən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev qeyd edib ki, “bu tarix dövlətimizin faciəli, eyni zamanda, ən şanlı səhifələrindən biridir. Əliyalın xalq canları, qanları bahasına silahların, tankların qarşısında sipərə çevrildi, Azərbaycanın müstəqil və qüdrətli dövlətə çevrilməsinin başlanğıcı oldular. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma, əzəli və əbədi Qarabağ torpaqlarımızı işğaldan azad edib.
Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, məzarları önündə baş əyirik.”