Gənclərin Beynəlxalq Forumu Özbəkistanda keçirildi (TEMP-2019)

833

İyunun 22-28-də TEMP (Həmkarlar İttifaqları Gəncləri Əməkdə Yekdildirlər) beynəlxalq forumu keçirilmişdir. Özbəkistan Həmkarlar İttifaqı Federasiyasının öz sosial tərəfdaşları ilə birgə təşkil etdiyi Beynəlxalq ТЕМП 2019 Forumu tədris və liderlik məktəbini keçmiş dünyanın 20 ölkəsindən olan həmkarlar ittifaqlarında çalışan gənclərin fəaliyyətində və təhsilində mühüm rol oynayır.

Adı çəkilən forum sosial problemlərə dair biliklər və anlayışların inkişaf etdirilməsinə və həmin problemlərin qeyri-standart vasitələrlə həll yollarının tapılmasına öz dəyərli töhfəsini vermişdir. Forum iştirakçıları gənclərlə işlərin aparılmasının kadr siyasətində və təşkilati fəaliyyətdə əsas aparıcı xətt olmasını qeyd etmişlər.

Keçirilmiş görüşlərin, dəyirmi masaların, habelə ölkələr üzrə tədqiqatların nəticələri əsasında, Daşkənd Beynəlxalq TEMP 2019 Forumunun iştirakçıları hökumətlərə gənclərin məşğulluğuna, gənclər tərəfindən işgüzar təşəbbüslərin təmin edilməsinə, habelə gənclərə əmək bazarının tələblərinə cavab verəcək yeni biliklərin tədrisi və aşılanması üçün işə götürənlər tərəfindən sərmayə qoyuluşunun stimullaşdırılmasına, istehsalata sərmayə qoyuluşlarının həcminin artırılmasına, əmək bazarlarının inklüzivliyinin artırılmasına, sosial tərəfdaşlıqların müasir formalarının tətbiq edilməsi əsasında vakansiyalar haqqında kompleks göstəricilər bazasının yaradılmasına ünvanlanacaq dövlət proqramlarının işlənməsi və həyata keçirilməsində öz səylərini əsirgəməməyi tövsiyə etmişlər.

Həmkarlar İttifaqları gəncləri siyasətinin gələcəkdə təkmilləşdirilməsinə gəldikdə isə, sənayenin sahələri üzrə müqavilələrin və kollektiv sazişlərin gənclərdən ibarət bölmələrinin hazırlanması məqsədilə tələbələr və işləyən gənclər həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi də tövsiyə edilmişdir. Həmçinin ali və orta tədris müəssisələrinin məzunlarının ilk işə başladığı yerdən onların həmkarlar ittifaqları sferasına cəlb olunması məqsədilə, onların peşə inkişafını diqqətdə saxlamaq da qeyd edilmişdir. Bu forum sayəsində, biz Özbəkistanın gənclərlə iş, sosial müdafiə fəaliyyətləri, istehsalat müəssisələrində respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayan milli istehsal məhsullarına dair dövlət siyasəti mexanizmləri ilə tanış olduq və dəvət olunmuş ölkələrin təmsilçiləri arasında təcrübə mübadilələri apardıq.