Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

987
QƏRAR  
 

№ 550

Bakı şəhəri, 14 dekabr 2017-ci il

“İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etsin.

Azərbaycan Respublikasının
Baş naziri

Artur Rasi-zadə