AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqqında qısa məlumat

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

AHİK-in orqanları:

Qurultay 
Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur.
İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur.
«Ülfət» qəzeti-AHİK-in mətbu orqanı
AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökümət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur.  1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.

AHİK-in üzv təşkilatları

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
2. «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyası
3. «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası
4. «Metal-iş» Həmkarlar İttifaqı Federasiyası
5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
8. «Baku Stil Kompani» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
13. Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Birliyi
15. "İnşaat-İş"  Həmkarlar İttifaqı
16. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
17. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
18. Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi
19. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
20. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
21. Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Hİ Respublika Komitəsi
22. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
23. Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
24. Toxuculuq və Yüngül Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi

AHİK-in tabeliyində olan təşkilatlar

I. «Kurort» Səhmdar Cəmiyyəti:
II. Azərbaycan Respublikası “Turizm və ekskursiya üzrə Respublika Şurası”
III. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi özündə 9 idman cəmiyyətlərini birləşdirir.
IV. "Azərbkolxozlararası" Sağlamlıq Respublika Birliyi
V. Əmək və Sosial Münasibətlər Akademiyası

AHİK-in beynəlxalq əlaqələri
 
AHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur. 
AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır.
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK, Neft və Qaz Sənayesi İşçiləri HİRK, "İnşaat-iş" Həmkarlar İttifaqı, Toxucq və Yüngül Sənaye İşçiləri, Metal İşçiləri Hİ Federasiyası Beynəlxalq "İndustry All" təşkilatının, Dəniz nəqliyyatı Müstəqil HİRK Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, sənaye və kommunal - məişət müəssisələri fəhlələrinin, Müdafiə sənayesi işçilərinin həmkarlar ittifaqları PSI-nın üzvüdürlər.
Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqariya MDB dövlətləri, Çin Respublikası və 70-ə yaxın ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələrindədir.

FAYDALI KEÇİDLƏR