AZ | RU | EN

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

23 Feb 2012

 

Xocalı qətliamını insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirən AHİK sədrinin müavini Aqil Dadaşov tədbir iştirakçılarına soyqırımı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, tarixin bizi bu faciədən uzaqlaşdırmasına baxmayaraq, xalqımız soyqırımının acısını daim hiss edir.

Xocalı soyqırımına məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi–hüquqi qiymət verildiyini bildirən A.Dadaşov ayrı-ayrı ölkələrdə bu faciəyə həsr edilmiş tədbirlərin keçirilməsinin dünya ictimaiyyətinin qanlı cinayət barədə daha çox məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə artıq mühüm addımlar atılır.

AHİK sədrinin müavini vurğulamışdır ki, xarici ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşlərdə, beynəlxalq tədbirlərdə Xocalı faciəsi ilə bağlı həqiqətləri onlara çatdırmağımız insanlığa qarşı törədilmiş bu cür dəhşətli cinayətlərin gələcəkdə təkrar olunmaması üçün vacibdir.

 Tarix elmləri doktoru Vəkil Həsənovun Xocalı soyqırımı ilə bağlı məruzəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri misli görünməmiş vəhşiliyin ağır nəticələrini konkret faktlarla nəzərə çarpdırmışdır. Bildirilmişdir ki, bu qətliam bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayətdir.

23.02.12 23.02.12.2


FAYDALI KEÇİDLƏR