AZ | RU | EN

Xəzər dənizində faciə zamanı həlak olanların və itkin düşənlərin ailələrinə

09 Dec 2015

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həlak olmuş neftçilərin faciəsi hər bir həmkarlar ittifaqı üzvünü, o cümlədən bizi sarsıtdı. Bu xəbəri üzüntü ilə qarşıladıq. Biz həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına, kollektivlərinin üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. 

Söz veririk ki, sizi tək qoymayacağıq. Daim bizim dəstəyimizi hiss edəcəksiniz.
">
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları 
Konfederasiyasının sədri, millət vəkili


Azərbaycan Həmkarlar İttifaqları 
Konfederasiyasının İcraiyyə Komitəsi

FAYDALI KEÇİDLƏR