AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Respublikası Ticarət, İctimai İaşə, Kooperasiya, Sağlamlıq  

Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri

İşçiləri Həmkarlar İttifaqları Federasiyası

(qısaldılmış adı : “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası)

 

 

29 sentyabr 2000-ci ildə keçirilən təsis qurultayında yaradılan «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası beş Respublika Komitəsini: ticarət, ictimai iaşə və kooperasiya işçiləri, sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq, taxılçılıq, quşçuluq işçiləri həmkarlar ittifaqı komitəsi, bir vilayyət - Naxçıvan Muxtar Respublikası Komitəsini - 52 rayon, Bakı, Gəncə və Sumqayıt şəhər həmkarlar ittifaqı komitəsini, 5 təhsil müəssisəsini, Milli Kulinariya Mərkəzi həmkarlar ittifaqı komitələrini birləşdirərək, 52084 nəfər həmkarlar ittifaqı üzvünü əhatə edir.

Konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Nazirlik, baş idarə və şirkət, səhmdar cəmiyyətlər səviyyəsində tarif müqavilələri, kollektiv müqavilələr vasitəsilə və digər vasitələrlə əməkçilərin sosial-iqtisadi və əmək hüquqlarının qorunması, ümumrespublika həmkarlar ittifaqları birliyinin hökümətlə bağladığı Baş Kollektiv Sazişin hazırlanmasında fəal iştirak edərək sahə əməkçilərinin ümumi mənafelərinin təmsil və müdafiə olunması Federasiyanın əsas vəzifələridir.

Qurultay Federasiyanın ali rəhbər orqanıdır. Qurultay beş ildən bir çağırılır. Qurultayın keçirilmə vaxtı və gündəliyi Federasiyanın Məclisi tərəfindən müəyyən olunur.

Qurultaylararası dövrdə federasiyanın qərarverici orqanı Məclisdir və icra orqanı İcraiyyə Komitəsidir.

Federasiya dövlət və təsərrüfat orqanlarından, siyasi və digər təşkilatlardan asılı deyil, onlara hesabat vermir. Federasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə aid başqa qanunvericilik aktlarına, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasinda ratifikasiya olunmuş konvensiyalarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir.

Federasiya konfederativ əsaslarla Beynəlxalq Həmkarlar İttifaqı (UNI), Qida və Tütün Sənayesi, Otel və Mehmanxana İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı (IUF), Ticarət İşçilərinin Beynəlxalq Birliyinin üzvüdür.

Federasiyada əmək və sosial-iqtisadi məsələlər üzrə, mədəni-məişət və idman, gender bərabərliyi və qadın problemləri üzrə, əməyin mühafizəsi, sosial-sığorta məsələləri üzrə daimi komissiyalar və Gənclər Şurası fəaliyyət göstərir.

 


FAYDALI KEÇİDLƏR