AZ | RU | EN

İsmayıllı rayonunda uşaq əməyinə qarşı mübarizə ilə bağlı seminar keçirilib

17 Jun 2016

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İsmayıllıda “Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyət planı” mövzusunda seminar keçirib.

Seminarda İsmayıllı Rayon İcra Hakimiyyətinin, Region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndələri, İsmayıllı,Ağsu,Şamaxı, Göyçay, Qəbələ rayonları üzrə təhsil, səhiyyə, kənd təsərrüfatı, sahibkarlıq üzrə həmkarlar ittifaqı rayon komitələrinin sədrləri, həmkarlar təşkilatının fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə AHİK-nın sədr müavini Cavanşir Alxasov açıb və  təlim-seminarın xarakteri barədə tədbir iştirakçılarına məlumat verib.
İsmayıllı RİH başçısı aparatının  ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini  Murad Məhərrəmov rayon rəhbərliyi adından seminar iştirakçılarını salamlayıb, bu gün aktual bir məsələnin müzakirə olunduğunu qeyd edib. 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 12- iyun Uşaq Əməyi ilə Ümumdünya Mübarizə Günü tarixlərinin bütün dünyada qeyd olunduğunu diqqətə çatdırıb. Rayonda sosial-iqtisadi, mənəvi quruculuq sahəsində aparılan işlər, həyata keçirilən tədbirlər barədə seminar iştirakçılarına məlumat verib.
Seminarda AHİK-nın Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov “Uşaq əməyi:mövcud vəziyyət və gələcək addımlar”, Əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov “Uşaq əməyinin anlayışı və istifadəsi”, şöbənin mütəxəssisi Nadir Muradov “Uşaq əməyinin təhlükəsizliyi və qiymətləndirilməsi”, Sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbənin etimadlı həkimi Asəf İbrahimov “Uşaq əməyi sağlamlığının qiymətləndirilməsi”, Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Mürvət Mehrabov “Uşaq hüquq normaları” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallara cavablar verilib. 

FAYDALI KEÇİDLƏR