AZ | RU | EN

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

12 Dec 2017

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on dörd il ötür.

Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Ulu öndərin əbədiyyətə qovuşmasının on dördüncü ildönümü günü – dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndələri Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib məzarı üzərinə tər çiçəklər düzüblər.

FAYDALI KEÇİDLƏR