AZ | RU | EN

Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı nümayəndə heyəti Bakıda səfərdə olmuşdur

06 Sep 2011

Sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları ziyarət olunmuş, əbədi məşəl kompleksi önünə gül dəstələri qoyulmuşdur.

 

Daha sonar Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının sədri Tatyana Nikitinanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olmuşdur.

Qonaqları salamlayan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (DİİXİ HİRK) sədri Hikmət Osmanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. O bildirmişdir ki, Komitə öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına, “Həmkarlar ittifaqları haqqında” Qanuna uyğun olaraq, təşkilatın IV qurultayında təsdiq olunmuş Nizamnamə çərçivəsində qurur. Bu gün DİİXİ HİRK-nın 67 min üzvü vardır. Komitə 75 rayon və şəhər, 11 birləşmiş, 1475 ilk həmkarlar təşkilatlarını əhatə edir və 40-dan çox nazirlik və dövlət qurumunda çalışan işçiləri özündə birləşdirir.

Tolerant ölkə olan Azərbaycanda bir çox millətlərin və xalqların nümayəndələrinin rahat yaşadığını diqqətə çatdıran H.Osmanov bildirmişdir ki, bu gün respublikamızda 20 mindən çox ukraynalı yaşayır və onların hər biri Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Azərbaycanda Taras Şevçenko adına Ukrayna icmasının fəaliyyət göstərdiyini deyən komitə sədri Bakıda böyük şairin abidəsinin ucaldıldığını da qeyd etmişdir. Ukraynada azərbaycanlıların geniş məskunlaşdığını və təhsil aldığını bildirən komitə sədri dost ölkədə soydaşlarımızın diaspor fəaliyyətini də vurğulamışdır.

Məlumat verilmişdir ki, Komitə Beynəlxalq Federasiyanın üzvü olaraq dünya ölkələrinin həmkarlar ittifaqları ilə dostluq əlaqələrinin genişləndirilməsinə və həmrəyliyinə daim dəstək verir. Bu baxımdan Ukraynanın həmkarlar ittifaqının nümayəndə heyətinin Azərbaycana səfəri hər iki ölkənin həmkarlar ittifaqı xadimləri arasında dostluq və işgüzar əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Bakıda olmalarından məmnunluqlarını bildirən T.Nikitina

səmimi qonaqpərvərliyə görə nümayəndə heyəti adından təşəkkürünü bildirmişdir. Ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan qonaq bildirmişdir ki, bu baxımından əməkdaşlıq sazişlərinin imzalanması böyük əhəmiyyət kəsb edir.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq və qarşılıqlı anlaşmaya dair saziş imzalanmışdır.

 

06.09.11-1 06.09.11 06.09.11-2
06.09.11-4 06.09.11-3 06.09.11-6

 

FAYDALI KEÇİDLƏR