AZ | RU | EN

Ümummilli lider Heydər Əliyevin doğum günü AHİK-də qeyd edilmişdir

08 May 2012

Tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışmışdır.  Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik təmin olunmuş, respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın inkişafı üçün münbit şərait yaradılmışdır.

 Bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyası, dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrələrini verməkdədir. XX əsrin ən böyük layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq yalnız bölgə üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.

 Ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycanda həmkarlar ittifaqları təşkilatları öz fəaliyyətlərində yeni mərhələyə qədəm qoymuşlar. Respublikamızı dərin sosial-iqtisadi və siyasi böhrandan çıxaran Heydər Əliyev həmkarlar ittifaqları təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratmış, onun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısını almışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.

08.05.12.4 bust 

08.05.12.1 08.05.12 08.05.12.2

 Ümummilli liderin AHİK-ə verdiyi dəstək onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün geniş imkanlar açmışdır. AHİK indiyədək 29 ölkənin 34 həmkarlar ittifaqı təşkilatı ilə birbaşa əlaqələr yaratmış, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi 168 mərkəz ilə fəaliyyətini əlaqələndirmişdir.

 Ulu öndərin siyasi xəttinin sadiq davamçısı Prezident İlham Əliyevin Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi qiymətin nəticəsi olaraq 2005-ci ildən bu günədək 150-yə yaxın həmkarlar ittifaqları işçisi orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. Həmkarlar ittifaqlarının dörd işçisi Prezident təqaüdçüsüdür.

Tədbirdə digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışmış, sosial-iqtisadi, ordu quruculuğu sahələrində həyata keçirilən proqram və layihələrdən bəhs etmişlər.

FAYDALI KEÇİDLƏR