AZ | RU | EN

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş bədii yaradıcılıq festivalının iştirakçılarının yekun konserti olmuşdur

07 May 2013

 

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək festivalın məqsəd və mahiyyəti haqqında məlumat vermişlər.

Bildirilmişdir ki, bədii yaradıcılıq festivalının əsas məqsədi ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, onların incəsənət sahəsində istedadlarını üzə çıxarmaqdır.

Thumbnail image 

Thumbnail image 07.05.13.1

Diqqətə çatdırılmışdır ki, Ulu Öndər respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə daim gənclərimizə böyük diqqət və qayğı ilə yanaşmışdır. Hələ sovet dönəmində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 5 mindən çox azərbaycanlı gənc Rusiyada təhsil almağa göndərilmişdir. Xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər daim elm və təhsilin inkişafını, gənclərimizin yüksək səviyyədə təhsil almasını, onların problemlərinin yerindəcə həll olunmasını diqqət mərkəzində saxlamışdır. Ümummilli lider Heydər Əliyevin 1994–cü il 26 iyul tarixli Fərmanına əsasən, ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Tədbirdə Ulu Öndərin respublikanın müxtəlif sahələrindəki misilsiz xidmətlərindən də söhbət açılmışdır.

Çıxış edənlər Azərbaycan xalqının gələcək inkişafının məhz gənclərlə bağlı olduğunu vurğulayaraq onlara uğurlar arzulamışlar.

Konsertdə respublikanın müxtəlif ali təhsil məktəblərinin yaradıcılıq kollektivlərinin, dərnək və studiyaları üzvlərinin, rəqqasların, bədii qiraətçilərin ifasında incəsənətin müxtəlif janrlarında milli rəqslər, şeirlər, xalq və bəstəkar mahnıları ifa olunmuşdur.

Festivalın münsif heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, üzvləri isə əməkdar incəsənət xadimləri Əbdül Mahmudbəyov, Nailə Mirməmmədli, Xalq Şairi Baba Vəziroğlu və xalq artistləri Faiq Sücəddinov və Təranə Muradova olmuşlar.

FAYDALI KEÇİDLƏR