AZ | RU | EN

Türkiyənin Həmkarlar İttifaqı nümayəndə heyəti Bakıda səfərdə olmuşdur

09 Apr 2012

 

Nümayəndə heyətini salamlayan AHİK sədri hər iki ölkənin həmkarlar ittifaqları arasında yaranmış dostluq, qardaşlıq münasibətlərinin gətirdiyi faydadan danışıb. Deyib ki, bizim uzun tarixə və səmimi dayaqlara söykənən münasibətlərimiz bir çox ölkələrin həmkarlar ittifaqları üçün nümunə ola bilər.

S.Mehbalıyev qonaqlara Xocalı soyqırımı ilə bağlı fevral ayında İstanbulun Taksim meydanında keçirilmiş çoxminli yürüşü xatırladıb. Məmnunluqla deyib ki, türkiyəli həmkarlarımız həmin möhtəşəm tədbirə böyük dəstələrlə çıxmışdılar. Taksimdə haqq, ədalət çağıran səslərin içərisində onların səsi daha aydın eşidilirdi. Biz bu dəstəyə görə sizə, bütünlükdə Türkiyə həmkarlar ittifaqı hərəkatına bir daha təşəkkürümzü bildiririk.

Öndər bəy Kahveçi öz növbəsində bildirib ki, "Biz də sizə güvənirik. Beynəlxalq tədbirlərdə ən mübahisəli məsələlərdə Azərbaycan-Türkiyə həmkarlar ittifaqı təşkilatları bir mövqedən çıxış edirlər".

Ö.Kahveci əlavə edib ki, bizi ən çox sevindirən Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq miqyasda qazandığı imicdir. Sizin təşkilat dünyada seçilənlərdən, irəlidə gedənlərdən, sözü eşidilənlərdəndir.

Sonra nümayəndə heyətinin başçısı rəhbəri olduğu təşkilatın fəaliyyətinin hazırkı durumu və uğrunda çalışdıqları perspektiv vəzifələr barədə məlumatlandırıb.

Məlumat üçün deyək ki, "Kamu-Sen" 1992-ci ildə yaradılıb. Sıralarında 400 min nəfərdən çox dövlət qulluqçusunu birləşdirir. Tərkibinə12 sahə Hİ daxildir.

Qonaqlar səfər müddətində Təhsil İşçiləri, Səhiyyə İşçiləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı respublika komitələrində də olmuşlar.

 

04.04.12.1 04.04.12.2

04.04.12.3 

FAYDALI KEÇİDLƏR