AZ | RU | EN

Türkiyədəki Həmkarlar İttifaqı Konfederasiyaları Xocalı soyqırımına həsr olunmuş aksiyada iştirak etdilər

27 Feb 2012

 

 

sedr8“Türkiyə - Kamu - Sen” Həmkarlar İttifaqı Konfederasiyasının sədri İsmayıl Koncuk və digər Konfederasiya sədrləri ilə keçirilən görüşdə işçilərin sosial-iqtisadi problemləri müzakirə olunmuşdur.

Xocalı soyqırımınn 20-ci ildönümü münasibətilə fevralın 26-da İstanbul və Ankarada keçiriləcək etiraz aksiyalarında iştirak etmək üçün Türkiyəyə gedən Səttar Mehbalıyev “Türkiyə - Kamu - Sen” Həmkarlar İttifaqı Konfederasiyasından dəstək istəmişdir. Sədr İ.Koncuk təşkil olunacaq mitinqə “Türkiyə - Kamu - Sen” Həmkarlar İttifaqı Konfederasiyasından da dəstək veriləcəyini bildirərək Xocalıda yaşanan dəhşətin unudulmamasının vacibliyini vurğulamışdır. Bu məsələ ilə əlaqədər bütün üzv təşkilatlarını xəbərdar etdiyini bildirən İ.Koncuk yaşanan soyqırımı bir daha lənətləmişdir. Görüşdə hər iki ölkənin işçilərinin problemləri müzakirə edilərək qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Sonra AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə “Türkiyə - Kamu - Sen” Həmkarlar İttifaqı Konfederasiyasının xatirə hədiyyəsi təqdim edilmişdir.

Görüşdə “Türk Sağlıq-Sen”Həmkarlar İttifaqı Konfederasiyasının sədri Öndər Kahveci, “Türk Büro-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının sədri Fahrettin Yokuş, “Türk İmar-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının sədri Necati Alsancak, “Türk Enerji-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının sədri Celal Karakınar, “Türk Tarım Orman-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının sədri Ahmet Demirçi də iştirak etmişdir. Onların hər birinin rəhbərlik etdikləri Konfederasiyalar “Taksim” Meydanındakı aksiyaya dəstək vermişlər.

 

Türkiyənin www.kamusen.org.tr - saytından 

FAYDALI KEÇİDLƏR