AZ | RU | EN

Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş

07 Aug 2014

Görüş zamanı S. Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat vermişdir. AHİK sədri qeyd etmişdir ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan müstəqillik əldə etdikdən sonra AHİK xarici əlaqələrinin inkişafına xüsusi önəm verib. Sədr bildirmişdir ki, rəhbərlik etdiyi təşkilat bu sahədə böyük uğurlar əldə edib və dünyanın bir çox ölkələrinin həmkarlar ittifaqları, o cümlədən bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla ilə sıx əməkdaşlıq qurub.

AHİK Türkiyə və digər ölkələrin təcrübəsindən yararlanaraq "Həmkarlar ittifaqları haqqında" qanun hazırlayb və bu qanun layihəsi Milli Məclisində qəbul edilib.

Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verən S. Mehbalıyev onu da əlavə etmişdir ki, AHİK ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri əməkdaşlıq etdiyi bütün ölkələrin həmkarlar təşkilatlarının diqqətinə çatdırır.

07.08.14.2 07.08.14.3

Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Talib Geylan səmimi qəbula görə təşəkkür edərək qeyd etmişdir ki, bütün sahələrdə olduğu kimi iki qardaş ölkənin həmkarlar ittifaqları arasında da səmərəli əməkdaşlıq mühiti mövcuddur. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycana bu sahədə köməklik göstərməyi, fikir və təcrübə münadiləsi aparmağa hazır olduğunu diqqətə çatdırmışdır.

FAYDALI KEÇİDLƏR