AZ | RU | EN

BƏT-in transmilli kompaniyalar haqqında bəyannaməsi üzrə Neft-Qaz həmkarlar ittifaqları üçün beynəlxalq subregional seminar

03 Oct 2012

 

Tədbirdə BƏT-in müvafiq qurumlarının nümayəndələri ilə yanaşı Rusiya, Türkiyə və Qazaxıstanın neft şirkətləri həmkarlar ittifaqlarının nümayəndələri iştirak etmişlər.

Seminarda çıxış edən AHİK-in sədri Səttar Mehbalıyev transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması və fəaliyyəti haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, bu məsələnin həllinin bir çox aspektləri ilə yanaşı, transmilli şirkətlərin fəaliyyətində beynəlxalq qanunvericilik və normativ aktların təcrübədə tətbiqi və istifadəsi üzrə görülən işlər olduqca vacibdir. AHİK-in sədri diqqətə çatdırmışdır ki, bu işlərdən ən əsası BƏT tərəfindən 1987-ci ildə qəbul edilmiş 2000-ci ildə yenilənmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının cari ilin may ayında yenidən işlənmiş TMŞ üzrə rəhbər prinsipləri nəzərdə tutan Üçtərəfli Bəyannamədir. S.Mehbalıyev BƏT-in transmilli şirkətlərdə sosial-əmək münasibətlərinin tənzimlənməsi sahəsində beynəlxalq qanunvericiliyin təkmilləşdirilməsi təşəbbüslərinin AHİK tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır. Bildirilmişdir ki, görülən işlərin nəticəsi olaraq son illərdə respublikada fəaliyyət göstərən 50-yə yaxın transmilli şirkətin yarısında o cümlədən Beynəlxalq Qazma şirkətində “Bos-Şelf”, “McDermott”, “AZFEN”, “Bahar Energy Operating Company Limited” və digər transmilli şirkətlərin müəssisələrində həmkarlar ittifaqları yaradılmışdır.

02.10.12 02.10.12.2

Daha sonra BƏT-in işçilərin fəaliyyəti üzrə bürosunun direktor müavini Anna Brondi çıxış edərək ölkəmizlə əməkdaşlıqdan məmnun olduqlarını ifadə etmiş, transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasının əhəmiyyətini vurğulamışdır.

Seminar çərçivəsində BƏT-in Üçtərəfli bəyannaməsi təqdim edilmişdir.

Tədbir digər sənədlərin və təşəbbüslərin qısa icmalı, onların işçilərə təsirinin təqdimatı və müzakirəsi ilə davam etmişdir.

Sonda Həmkarlar İttifaqları tərəfindən qanunvericiliyə əməl olunması, beynəlxalq qanunvericilik haqqında iştirakçıların fikirləri dinlənilmişdir.

İkigünlük seminar oktyabrın 3-də başa çatmaşdır.

FAYDALI KEÇİDLƏR