AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Toxucu və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsi

 

 

Azərbaycan Toxucu və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı 1918-ci ildə yaranmış, ayaqqabı, tikiş fabrik və sexlərinin işçilərini öz sıralarında cəmləşdirmişdir.

Keçən əsrdən başlayaraq həmkarlar ittifaqı inkişaf edərək toxucu, əyirici, gön-dəri, pambıq, xalça, saxsı istehsalatlarında çalışan işçiləri də könüllülük prinsipləri əsasında özündə birləşdirmişdir.

1991-ci ildə SSRİ dağılandan sonra Respublika Komitəsinin adı dəyişilərək Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür.

Hazırda həmkarlar ittifaqı özündə 35 həmkarlar ittifaqı təşkilatını birləşdirir ki, bu təşkilatlarda da 8019 nəfər üzv vardır. RK-nin əhatə etdiyi müəssisələr əsasən Bakı, Sumqayıt, Şəki, Yevlax, Gəncə, Mingəçevir, Göyçay, Tovuz şəhər və rayonlarında yerləşir.

Respublika Komitəsi 1992-ci ildən beynəlxalq təşkilat olan İCEM-in üzvüdür. Eyni zamanda Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya kimi ölkələrin sahə həmkarlar ittifaqları ilə əməkdaşlıq edilir.


FAYDALI KEÇİDLƏR