AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Toxucu və Yüngül Sənaye İşçilərinin HİRK-nin sədri

Məmmədova Nərgizxanım Qənbərəli qızı

 

 

toxucu1959-cu ildə anadan olmuş, 1995-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasını bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı mayesiz transformatorlar zavodunda başlamışdır. Volodarski adına Bakı Tikiş fabrikində mühəndis, böyük mühəndis, əmək haqqı şöbəsinin rəisi vəzifələrində işləmişdir.

1989-cu ildə fabrik həmkarlar ittifaqı komitəsinin sədr müavini, həmin ilin hesabat-seçki konfransında sədr vəzifəsinə seçilmişdir.

2007-ci ildən isə Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.

2010-cu ildə İtaliyanın Florensiya şəhərində keçirilən Avropa Tekstil sənaye işçilərinin V Qurultayında iştirak etmiş və orada mandat komissiyasının üzvü seçilmişdir.

«Azərbaycan Həmkarlar İttifaqının 100 illik yubiley» medalına layiq görülmüşdür. Azərbaycan Respublikasının «Əməkdar mədəniyyət işçisi»dir.

Ailəlidir, iki övladı var.


FAYDALI KEÇİDLƏR