AZ | RU | EN

Təhsildə uğur qazanan tələbə və şagirdlərə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib

29 Sep 2014

 

Bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, təhsildə uğur qazanan tələbə və şagirdləri təbrik edib.

Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində həmkarlar ittifaqı təşkilatlarının reallaşdırdıqları tədbirlərdən bəhs edən S. Mehbalıyev bildirib ki, rəhbərlik etdiyi Komitə tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatlarının yaxşılaşdırılması ilə bağlı işlər görülür.

29.09.14.3 29.09.14.4

29.09.14.1 29.09.14

Qeyd edilib ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Təkcə 2013-2014-cü tədris ilində bu işin təşkil ilə bağlı 55 min 500 manat vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis edilib. İndiyədək 1700-dən artıq tələbə bu təqaüdə layiq görülüb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə fərqlənən tələbə və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan nazir müavini ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.

Yay imtahan sessiyasında uğurlu nəticələr qazanan və həmkarlar ittifaqı təşkilatlarının işində fəallıq göstərən 60 tələbəyə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan 20 şagirdə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.

FAYDALI KEÇİDLƏR