AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri

Həmkarlar İttifaqları Respublika Komitəsi

 

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı ”Azərsu” sistemində çalışan və bütün peşələrdən olan işçiləri öz ətrafında könüllü birləşdirən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır. Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı 15.03.2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının əsas məqsədi öz üzvlərinin peşə, iqtisadi və sosial hüquqlarını təmsil və müdafiə etməkdir. Öz fəaliyyətini isə Azərbaycan Respublikasının Konstitusiyasına, ”Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə dair digər normativ hüquqi aktlara, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasında ratifikasiya olunmuş Konvensiyalarına uyğun olaraq həyata keçirir.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı öz ətrafında 74 təşkilatı və 10272 nəfər həmkarlar ittifaqını birləşdirir.

FAYDALI KEÇİDLƏR